Icma.az
close
up
RU
COP29 çərçivəsində Su ehtiyatlarının idarə edilməsində dövlətözəl tərəfdaşlıqlarının rolu mövzusunda panel sessiya keçirildi

COP29 çərçivəsində Su ehtiyatlarının idarə edilməsində dövlətözəl tərəfdaşlıqlarının rolu mövzusunda panel sessiya keçirildi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir. Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində dövlət-özəl tərəfdaşlıqların potensialıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri Əsəd Şirinov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Su ehtiyatlarının idarə edilməsində  dövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusundakı panel sessiyada bildirib.

Ə.Şirinov qeyd edib ki, COP29-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iqlim problemlərinə cavab olaraq "Su və Davamlı İnkişaf”, "Davamlı Su Resurslarının İdarə Edilməsində İnnovativ Yanaşmalar” və duzsuzlaşdırma xüsusilə vurğulanmaqla alternativ su mənbələrinin əhəmiyyətini qabardıb. Onun sözlərinə görə, su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir.

"İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir. Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su idarəçiliyində dövlət qurumları və özəl şirkətlərin su xidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlı su həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı bir yanaşmadır. Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmiş infrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha da aktuallaşıb”, - deyə Ə.Şirinov vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir: "Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli bir həll yolu ola bilər. Düzgün planlaşdırma, güclü tənzimləmə çərçivələri və icmanın iştirakı ilə DÖT-lərin üstünlüklərini maksimuma çatdırmaq mümkündür”.

Daha sonra İstanbul dövlət-özəl tərəfdaşlıq komitəsinin sədri Eyüp Vural Aydın, AİB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin Özəl Sektorun İnkişafı üzrə Regional Rəhbəri Enriko Pinali, Azərbaycan İqtisadiyyat Nazirliyinin Layihə idarəetmə şöbəsinin müdiri Zamir Dibirov çıxış edərək bildiriblər ki, dünyada su ehtiyatları gedərək azalır. Dünyada 1 milyarda yaxın insanın təmiz su ehtiyacının qarşılanmadığını deyən tədbir iştirakçıları qeyd ediblər ki, mövcud resurslardan ağıllı istifadə etmək lazımdır. Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıqları ötən il Özbəkistanda su resursları üçün 5 milyard dollara yaxın investisiya qoyub. Əlavə olunub ki, su probleminin həlli üçün özəl maliyyələşməyə ehtiyac var. İştirakçılar qeyd ediblər ki, 10-15 il ərzində bir çox ölkələrdə su problemləri yaşanacaq.

Sonda panel sessiya müzakirələrlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri