Icma.az
close
up
RU
COP29 “Daily Show” televiziya proqramına start verir

COP29 “Daily Show” televiziya proqramına start verir

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 11-dən etibarən, COP29-un Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Daily Show” televiziya proqramının canlı yayımına başlanılacaq.

Publika.az xəbər verir ki, qlobal auditoriyanın diqqətinin bu ilin ən əlamətdar hadisəsi olan 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfansına cəlb etmək üçün nəzərdə tutulmuş 30 dəqiqəlik “Daily Show” televiziya proqramında tədbirin gündəlik hadisələri işıqlandırılacaq. Həmçinin, dünya liderləri, elm adamları, ictimai xadimlər və iqlim sahəsinin novatorçuları innovativ formatda yayımlanacaq bu verilişin qonaqları olacaqlar.

“Daily Show” proqramının on iki buraxılışı dünyanın dörd qitəsini əhatə etməklə 47 telestudiya ilə əməkdaşlıq çərçivəsində gündəlik onlayn yayımlanacaq və milyonlarla tamaşaçı bu verilişə ödənişsiz şəkildə baxa biləcək. Bundan əlavə, hər gün yayımdan sonra verilişlər COP29-un rəsmi YouTube və digər sosial media kanallarına yüklənəcəkdir.

Bu formatda ilk dəfə yayımlanan “Daily Show” proqramı kommunikasiya sahəsində məşhur agentlik və yayım şirkəti olan - “Hi Impact” ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Veriliş konfransda şəxsən iştirak edə bilməyən beynəlxalq auditoriyaya COP29 əsnasında cərəyan edən hadisələri unikal formatda izləməyə imkan yaratmaqla COP29-un inklüzivliyin təmin edilməsi öhdəliyini təcəssüm etdirir.

Qeyd edək ki, COP29-un Yaşıl Zonasında xüsusi olaraq yaradılan studiyadan yayımlanacaq proqrama aparıcı qismində Avropa, Yaxın Şərq və Asiya regionlarının telekanallarında yayımlanan xəbərlər və müsahibə verilişləri sahəsində zəngin təcrübəyə malik jurnalist və beynəlxalq aparıcı Rozanna Lokvud cəlb olunub. O, “News UK”, “Prime Time with Rosanna Lockwood’” kimi verilişlərin aparıcısı olub.

Proqramda iqlim dəyişmələri sahəsinin görkəmli simaları ilə yanaşı ənənəvi mediadan uzaq olan gənc auditoriyanı əhatə etmək üçün iqlim məsələlərini işıqlandıran blogerlər qonaq reportyor qismində cəlb olunacaqlar. Verilişin tonu və üslubu bütün sosial qruplardan olan tamaşaçıları iqlim dəyişmələri mövzusuna cəlb etmək üçün nəzərdə tutulub. Belə ki, verilişin əsas məqsədi bəzən mürəkkəb və texniki olan iqlim müzakirələrini daha geniş auditoriya üçün əlçatan etməkdir.

Qeyd edək ki, media və yayım şirkətləri “Daily Show” verilişinin ödənişsiz yayımlanması üçün imkanları təmin edir. Verilişin yayımlanmasında maraqlı olan şirkətlər [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://publika.az
archiveBu xəbər 10 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see309

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see294

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see280

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see248

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see232

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see231

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see220

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see212

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see211

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see200

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see198

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see193

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see193

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see189

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see188

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see188

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see179

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see177

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see172

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

30 Avqust 2026 03:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri