Icma.az
close
up
RU
Dünya üçün örnək model

Dünya üçün örnək model

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də kompleks tədbirlər həyata keçirilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi bu sahənin inkişafına hesablanıb. Dövlət başçısının böyük diqqət və qayğısı ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətlə axın etməsinə şərait yaradıb. İdmançılarımızın nailiyyətləri, olimpiya, dünya və Avropa çempionatlarında qazandıqları medal və mükafatlar Azərbaycanın beynəlxalq idman təşkilatlarında mövqeyinin güclənməsinə səbəb olub. Bu uğurlar Azərbaycanı dünyada əsl idman ölkəsi kimi tanıdıb.Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan idmanının cari ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. Dövlət başçısı qeyd edib ki, cari ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək, 1700-ə yaxın medal qazanmışlar. Bu, idmanımızın inkişafını və yeni nəsil idmançıların yetişdiyini göstərir. Xüsusilə, 2024-cü il Yay Olimpiya Oyunlarında Azərbaycan komanda hesabında 30-cu yeri tutaraq müstəqillik dövründə ən yüksək nəticəyə nail olmuşdur.Prezident İlham Əliyev vurğulayıb ki, bundan sonrakı fəaliyyətimiz idmanın inkişafı ilə bağlı olacaq: “Eyni zamanda, bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb”.

Azərbaycanda ən müasir standartlara cavab verən idman məktəbləri və akademiyalar yaradılır. Gənclərə peşəkar idmançı olmaq imkanı verilir və idman müəllimlərinin təhsili üçün proqramlar hazırlanır. Dövlət idman federasiyalarına və təşkilatlara maliyyə yardımı edir, müxtəlif idman növlərində müvəffəqiyyət qazanmaq üçün hər cür şərait yaradılır. Ölkəmiz, beynəlxalq idman yarışlarına ev sahibliyi edir, bu da həm yerli idmançıların, həm də gənclərin idmana marağını artırır. İdmanın faydaları barədə maarifləndirmə işləri aparılır, idman festivalları və tədbirləri təşkil edilir. Gənclər arasında idmanın populyarlaşması üçün müxtəlif proqramlar, yarışlar və təlimlər təşkil olunur. Bu cür tədbirlər idmanın inkişafını sürətləndirir və cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Prezident İlham Əliyev mərasimdəki çıxışında gələn ildən Gəncə şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. Onun sözlərinə görə, şəhər infrastrukturu, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Məlum olduğu kimi gələn il Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Əminəm ki, Azərbaycan növbəti böyük idman yarışına uğurla ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir.
Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğının real və əyani təcəssümüdür. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün növlərinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması üçün xeyli işlər görülüb.

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri