Icma.az
close
up
RU
COP29 gec yekunlaşa bilər: Anar Ələkbərov

COP29 gec yekunlaşa bilər: Anar Ələkbərov

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

İndiyədək Bakıda keçiriləcək COP29 konfransına gəlmək üçün 67 min nəfər qeydiyyatdan keçib.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, tədbiri işıqlandırmaq üçün 3 500 media nümayəndəsi akkreditasiyadan keçib və onların bir çoxu artıq Azərbaycandadır.

A.Ələkbərov həmçinin bildirib ki, COP29-un keçiriləcəyi Bakı Stadionunun bir çox ərazilərində işlər artıq 100 % tamamlanıb, stadiondakı zonalarda isə bütün hazırlıq işləri başa çatıb.

Prezidentin köməkçisi deyib ki, 29 otaqda iclaslar təşkil ediləcək: “Artıq tədbir məkanında noyabrın 5-dən COP29-la bağlı aktiv müzakirələr aparılır”.

O, COP29 iştirakçılarının qidalanma məsələsinə də toxunub: “Qidalanma məsələsinə hazırlıq çərçivəsində tam diqqət yetirilib. Bunun üçün xüsusi portal yaradılıb və artıq sifarişlər də alınıb”.

Məlumat verilib ki, “Yaşıl Zona”da 58 yerli və xarici şirkət pavilyonlar qurub.

A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq:

“Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə “Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər”.

Eyni zamanda COP29-un rəsmi açılış mərasimində təxminən 40 dəqiqə Azərbaycan mədəniyyətinin təqdim olunacağı vurğulanıb.

Tədbirin keçiriləcəyi müddətdə şəhər ərazisində fəaliyyət göstərən restoran və kafelərdə isə hər hansı məhdudiyyətlərin olmayacağı diqqətə çatdırılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see245

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see235

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see229

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see216

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see209

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see193

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see191

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see188

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see187

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see185

“Qəbələ” legionerini göndərdi

09 İyun 2026 22:07see181

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see180

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see179

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see177

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see175

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see174

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see167

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see163

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

10 İyun 2026 06:02see160

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri