Icma.az
close
up
RU
COP29 gündəliyi 21.11.2024

COP29 gündəliyi 21.11.2024

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Konfransın on birinci gününün proqramını təqdim edirik:
Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.
Yaşıl Zona üzrə tədbirlər:
09:00 - 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "İqlim üçün su: Su həllərinin MTM-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, su və iqlim əlaqəliliyi" mövzusunda yüksəksəviyyəli dəyirmi masa
09:00 - 10:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - "İqlim-təbiət əlaqəsinin əsasını təşkil edən Yerli Xalqlar və Yerli İcmaların (IPLCs) ənənəvi bilikləri" mövzusunda yüksəksəviyyəli dəyirmi masa
09:00 - 10:30. Mavi Zona, Azərbaycan pavilyonu - "BTR Clinic": "ETF hesabat alətləri"
09:00 - 10:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar"
09:15 - 10:15. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - Aleksandr Pohl ilə nəfəsalma məşğələsi
10:00 - 10:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Salamlama və açılış nitqləri
10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su - Azərbaycanda ilk bərpaolunan enerji hərracının elan edilməsi mərasimi
10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat - "İstehlakçılıqdan dövriyyəliliyə doğru irəliləyiş: resursların optimal istifadəsi və iqlim fəaliyyəti vasitəsilə israfçılığın aradan qaldırılması"
10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Enerji - "Sağlam torpaq"
10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Təbiətə əsaslanan həllər (NBS) üçün Gənclər Koalisiyasının gücləndirilməsi 6 regionda: Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit Okean, hər biri həmrəyliyə və regional iqlim strategiyalarına fokuslanacaq
10:00 - 11:30. Mavi Zona, Sədrlik, Görüş otağı 11 - "Şəffaflıqda gender" mövzusunda yüksəksəviyyəli mandatlı tədbir
10:30 - 12:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "İqlim fəaliyyəti üçün inam və gəncliyin səsinin əlaqələndirilməsi"
10:45 - 11:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə
11:00 - 12:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "İqlim və biomüxtəliflik arasındakı əlaqə: davamlı gələcək üçün inteqrasiya olunmuş həllər"
11:00 - 13:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği" yüksəksəviyyəli açılış tədbiri
11:00 - 13:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Ponto-Xəzər bio-mədəni irsinin gücü"
11:30 - 13:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Buta - "Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb olunması: irəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma"
12:00 - 12:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Soba ətrafında söhbət
12:00 - 12:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Sözləri fəaliyyətə necə çevirmək olar: Effektiv ünsiyyətin gücü"
12:00 - 13:00​. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Yer - "İqlim dəyişmələri şəraitində kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri"
12:00 - 13:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "İqlim dəyişikliyində qadın liderlər: Dünyanın iqlim problemlərinin həllinə sadiq qızlar nəslini necə yetişdirmək olar"
12:30 - 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Plastik tullantıların effektiv idarə edilməsi: Çətinlikləri anlamaq və imkanları kəşf etmək"
12:30 - 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - BTMİ-nin Qırmızı Siyahısının planetimizi xilas etmək üçün çağırışı
13:00 - 14:45. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - "İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə" mövzusunda yüksəksəviyyəli tədbir
13:30 - 15:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - Rio-Trio Təşəbbüsünə həsr olunmuş yüksəksəviyyəli tədbir
14:00 - 15:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "İqlim problemlərinin həllində katalizator kimi təhsildə uşaq və gənclərin səsinə diqqət yetirmək"
14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "QİÇS və iqlim dəyişikliyi üzrə çərçivə sənədinin təqdimatı"
14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası
14:00 - 16:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "İqlim dəyişmələri ilə mübarizə incəsənət ifadə üsulu kimi"
15:00 - 16:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Panel
15:00 - 17:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - Qlobal liderlərin dəyirmi masa tədbiri: "Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün iqlim fəaliyyətinin və biomüxtəlifliyin mühafizəsinin uyğunlaşdırılması"
15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Dəyişən iqlimdə bəbirlərin gələcəyinin təmin edilməsi"
16:00 - 17:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Bizim gözlərimizlə: Vizual rəssamların gözü ilə iqlim dəyişmələri"
16:00 - 18:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Ponto-Xəzər bio-mədəni irsinin gücü"
17:00 - 17:15. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə
17:00 - 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Transsərhəd çayların iqlim dəyişikliyinin təsirlərinə davamlılığı"
17:15 - 17:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə
17:30 - 18:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "Abadlıq və xarabalıq" - Afrikada iqlim dəyişmələrinin təsirlərinə dair sərgi
17:30 - 19:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - "Bakıdan Belenə: Meşələrin inteqrasiyalı və dayanıqlı idarə olunması üçün birgə təsirin azaldılması və uyğunlaşdırılması naminə Amazon Regional Mexanizmi"
18:00 - 19:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - COP-da gənclərin fəallığına dair "Eşidilməyən etirazlar" sənədli filminin nümayişi və müzakirəsi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri