Icma.az
close
up
RU
COP29 günlərində taksilər necə işləyəcək?

COP29 günlərində taksilər necə işləyəcək?

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a bir gün qalır. Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək. Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb. Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək? Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi? Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?

Qonaqlar nəqliyyat baxımından əziyyət çəkməyəcəklər

Sabiq millət vəkili Rüfət Quliyevin fikrincə, ölkədəki bütün infrastruktur COP29-a hazırdır: "Həm nəqliyyat, həm ictimai iaşə obyektləri, həm də hotellər bu tədbirə ən yüksək səviyyədə hazırlaşıblar. COP29 üçün Azərbaycan əlavə taksilər də sifariş verib. Həmin taksilər artıq Bakıdadır və fəaliyyətə başlayıblar. Heç bir qonaq nəqliyyat baxımından əziyyət çəkməyəcək. Biz bu beynəlxalq tədbiri ən yüksək səviyyədə həyata keçirəcəyik".

Ekoloji cəhətdən təmiz taksilər iş başında olacaq

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, COP29 iştirakçılarına elektrik mühərrikli "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri xidmət göstərəcək. Digər taksilər də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər: "COP29-da iştirak edəcək qonaqların daşınması üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunacaq. Həmin taksilərə tədbir günlərində avtobus və COP29 zolaqlarına daxil olmağa icazə veriləcək. Bununla yanaşı, vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən də istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Ekspert vurğulayıb ki, ölkədə xeyli sayda "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri var: "Onlar mərhələli şəkildə ölkəyə gətirilib və sayları kifayət qədərdir. Amma bu tədbirdə yalnız taksilərdən istifadə olunmayacaq. Həmçinin xətlərə elektrikli avtobuslar da buraxılacaq. Ümumilikdə isə COP29 üçün nəzərdə tutulan və ya bu tədbir üçün akkreditasiyadan keçən taksilərə hansısa məhdudiyyət tətbiq olunmayacaq".

Qaçaq taksi "xidməti"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, son aylar taksilərin fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur: "Düzdür, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi və sair kimi hallar da müşahidə edilir. Amma ümumilikdə bu sahədə müəyyən irəliləyişlər var. Hətta taksi fəaliyyətinə yeni elektrikli və hibrid avtomobillər də cəlb olunub. Müsbət tendensiyaları nəzərə alaraq deyə bilərik ki, taksilər COP29-a hazırdırlar. COP günlərində həm ölkəyə gələn qonaqlar, həm də sadə vətəndaşlar taksilərin xidmətindən rahat şəkildə istifadə edə biləcəklər. Yetər ki, sifariş verilən ünvanlara fərqli deyil, tətbiqdə qeydiyyatda olan nəqliyyat vasitələri gəlsin. Biz də qonaqların yanında gözükölgəli olmayaq. Güman edirəm ki, qaçaq taksi "xidməti" ilə məşğul olanlar COP ərəfəsində bu riski etməyəcəklər".

"Bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür"

Ekspert onu da vurğulayıb ki, paytaxtdakı bütün taksilərin COP zolağına buraxılması qeyri-mümkündür: "Yollardakı məhdudiyyətlər taksilərin yubanmasına səbəb ola bilər. Amma bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür. Əgər bu addım atılarsa, o zaman hər kəs taksidən istifadə etməyə çalışacaq. Bu, həm sözügedən zolağın, həm də taksilərin yüklənməsinə gətirib çıxara bilər. Ona görə də COP zolağından yalnız bu tədbir üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinin istifadəsi daha məqsədəuyğundur".

Hər bir incəlik nəzərə alınıb

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da bu qənaətdədir ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq taksilər COP29-a hazırdırlar: "İyulun 1-dən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qarşısında müəyyən vəzifələr qoyulub. Yeni tələblərə uyğun gəlməyən taksilər xətdən kənarlaşdırılıb. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahanlara cəlb olunur və bu proses hazırda da davam etdirilir. Müşahidələr göstərir ki, yeni dəyişikliklər taksi sahəsinə müsbət təsir göstərib. Bu sahədəki çatışmazlıqlara, narazılıqlara müəyyən qədər son qoyulub. Gözləntilərimiz ondan ibarətdir ki, taksilərlə bağlı hansısa problem yaşanmayacaq. Çünki bu, Azərbaycanın keçirdiyi ilk böyük beynəlxalq tədbir deyil. Bundan öncə ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsindən tutmuş "Formula 1" və İslam Həmrəyliyi Oyunlarına qədər bir neçə beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi edib. COP-la bağlı da təşkilatçılar hər bir incəliyi nəzərə alıblar. Bu baxımdan konfransın keçirildiyi günlərdə yollardakı məhdudiyyətlərə baxmayaraq həm şəhərimizin qonaqları, həm də sadə insanlar taksi xidmətindən də rahat şəkildə istifadə edəcəklər".

Ekspert bildirib ki, hazırda yeni qaydalara uyğun gələn taksilərin sayı əhalinin 22 faizinin tələbatını ödəyir: "Son statistikaya görə, taksi fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin sayı təxminən 24 mindir. Amma bu statistika mütəmadi olaraq yenilənir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see330

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see317

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see315

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see296

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see254

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see224

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see200

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see189

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see181

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see178

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see176

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see174

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see174

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see173

Daha bir ölkə məktəbdə telefon qadağası tətbiq edir

04 İyul 2026 04:47see158

DÇ 2026: Messi qol vurdu, Argentina 1/8 finala keçdi

04 İyul 2026 09:15see157

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see156

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see151

Azərxalça maliyyə vəziyyətini açıqlayıb

04 İyul 2026 14:17see150

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri