Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

COP29 günlərində taksilər necə işləyəcək?

COP29 günlərində taksilər necə işləyəcək?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a bir gün qalır.

Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək. Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb. Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək? Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi? Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?

Qonaqlar nəqliyyat baxımından əziyyət çəkməyəcəklər

Sabiq millət vəkili Rüfət Quliyevin fikrincə, ölkədəki bütün infrastruktur COP29-a hazırdır: "Həm nəqliyyat, həm ictimai iaşə obyektləri, həm də hotellər bu tədbirə ən yüksək səviyyədə hazırlaşıblar. COP29 üçün Azərbaycan əlavə taksilər də sifariş verib. Həmin taksilər artıq Bakıdadır və fəaliyyətə başlayıblar. Heç bir qonaq nəqliyyat baxımından əziyyət çəkməyəcək. Biz bu beynəlxalq tədbiri ən yüksək səviyyədə həyata keçirəcəyik".

Ekoloji cəhətdən təmiz taksilər iş başında olacaq

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, COP29 iştirakçılarına elektrik mühərrikli "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri xidmət göstərəcək. Digər taksilər də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər:

"COP29-da iştirak edəcək qonaqların daşınması üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunacaq. Həmin taksilərə tədbir günlərində avtobus və COP29 zolaqlarına daxil olmağa icazə veriləcək. Bununla yanaşı, vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən də istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Ekspert vurğulayıb ki, ölkədə xeyli sayda "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri var:

"Onlar mərhələli şəkildə ölkəyə gətirilib və sayları kifayət qədərdir. Amma bu tədbirdə yalnız taksilərdən istifadə olunmayacaq. Həmçinin xətlərə elektrikli avtobuslar da buraxılacaq. Ümumilikdə isə COP29 üçün nəzərdə tutulan və ya bu tədbir üçün akkreditasiyadan keçən taksilərə hansısa məhdudiyyət tətbiq olunmayacaq".

Qaçaq taksi "xidməti"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, son aylar taksilərin fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur:

"Düzdür, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi və sair kimi hallar da müşahidə edilir. Amma ümumilikdə bu sahədə müəyyən irəliləyişlər var. Hətta taksi fəaliyyətinə yeni elektrikli və hibrid avtomobillər də cəlb olunub. Müsbət tendensiyaları nəzərə alaraq deyə bilərik ki, taksilər COP29-a hazırdırlar.

COP günlərində həm ölkəyə gələn qonaqlar, həm də sadə vətəndaşlar taksilərin xidmətindən rahat şəkildə istifadə edə biləcəklər. Yetər ki, sifariş verilən ünvanlara fərqli deyil, tətbiqdə qeydiyyatda olan nəqliyyat vasitələri gəlsin. Biz də qonaqların yanında gözükölgəli olmayaq. Güman edirəm ki, qaçaq taksi "xidməti" ilə məşğul olanlar COP ərəfəsində bu riski etməyəcəklər".

"Bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür"

Ekspert onu da vurğulayıb ki, paytaxtdakı bütün taksilərin COP zolağına buraxılması qeyri-mümkündür:

"Yollardakı məhdudiyyətlər taksilərin yubanmasına səbəb ola bilər. Amma bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür. Əgər bu addım atılarsa, o zaman hər kəs taksidən istifadə etməyə çalışacaq. Bu, həm sözügedən zolağın, həm də taksilərin yüklənməsinə gətirib çıxara bilər. Ona görə də COP zolağından yalnız bu tədbir üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinin istifadəsi daha məqsədəuyğundur".

Hər bir incəlik nəzərə alınıb

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da bu qənaətdədir ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq taksilər COP29-a hazırdırlar:

"İyulun 1-dən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qarşısında müəyyən vəzifələr qoyulub. Yeni tələblərə uyğun gəlməyən taksilər xətdən kənarlaşdırılıb. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahanlara cəlb olunur və bu proses hazırda da davam etdirilir. Müşahidələr göstərir ki, yeni dəyişikliklər taksi sahəsinə müsbət təsir göstərib. Bu sahədəki çatışmazlıqlara, narazılıqlara müəyyən qədər son qoyulub. Gözləntilərimiz ondan ibarətdir ki, taksilərlə bağlı hansısa problem yaşanmayacaq. Çünki bu, Azərbaycanın keçirdiyi ilk böyük beynəlxalq tədbir deyil.

Bundan öncə ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsindən tutmuş "Formula 1" və İslam Həmrəyliyi Oyunlarına qədər bir neçə beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi edib. COP-la bağlı da təşkilatçılar hər bir incəliyi nəzərə alıblar. Bu baxımdan konfransın keçirildiyi günlərdə yollardakı məhdudiyyətlərə baxmayaraq həm şəhərimizin qonaqları, həm də sadə insanlar taksi xidmətindən də rahat şəkildə istifadə edəcəklər".

Ekspert bildirib ki, hazırda yeni qaydalara uyğun gələn taksilərin sayı əhalinin 22 faizinin tələbatını ödəyir:

"Son statistikaya görə, taksi fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin sayı təxminən 24 mindir. Amma bu statistika mütəmadi olaraq yenilənir".

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see601

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see575

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see573

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see384

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see315

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see302

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see290

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri