Icma.az
close
up
RU
COP29 iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verdi ŞƏRH AZƏRTAC

COP29 iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verdi ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan daha bir möhtəşəm tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına yüksək səviyyədə ev sahibliyi etdi. COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edən hadisə idi. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində davamlı ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olan ölkəmiz, qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını bir daha nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

Onun sözlərinə görə, konfrans çərçivəsində qəbul edilən qərarlar onu deməyə əsas verir ki, Bakı platforması öz işinin öhdəsindən layiqincə gəldi.

“COP29-da qəbul edilən ən vacib qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılaşmanın əldə edilməsi oldu. Bakı Maliyyə Məqsədi 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə hər il ən azı 300 milyard dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur. Bu, olduqca əhəmiyyətli və digər COP tədbirlərində razılaşması mümkün olmayan yüksək hədəfə nail olmaq idi.

Bununla yanaşı, konfrans müddətində Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi və İtki və Zərər Fondunun tam şəkildə insititutlaşdırılması qazanılmış əhəmiyyətli nailiyyətlərdəndir. Beləliklə, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə iqlim dəyişmələri ilə mübarizəyə öz töhfələrini verdi”, - deyə G.Ağamalı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri