Icma.az
close
up
RU
Azərbaycanın COP29da liderliyi: İqlim dəyişmələri ilə mübarizədə tarixi uğur ŞƏRH AZƏRTAC

Azərbaycanın COP29da liderliyi: İqlim dəyişmələri ilə mübarizədə tarixi uğur ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitində Prezident İlham Əliyevin çıxışı və bu tarixi nitqdən sonra ayrı-ayrı dünya liderlərinin mövzuya və qarşıda qoyulan hədəflərə aşkar formada müsbət mənada dəyişən mövqeyi COP29-un bəşəriyyətin əsas problemlərindən olan iqlim dəyişiklikləri ilə mübarizədə məqsədlərinə ən çox yaxınlaşan müvafiq toplantı kimi tarixə düşəcəyini demək üçün ciddi əsaslar yaradır. Heç şübhəsiz ki, bu cür uğurlu başlanğıc və müzakirələrin ümumbəşəri əhəmiyyətinin əvvəlki dövrlərdən daha çox özünü büruzə verməsi yüksəksəviyyəli təşkilatçılığın, daha dəqiq desək, Azərbaycanın ev sahibliyinin həlledici təsirini özündə ehtiva edir və bu mənada, COP29 bütövlükdə iqlim dəyişmələri ilə mübarizədə böyük uğur hekayəsi sayıla bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Məlumdur ki, elm və texnikanın, o cümlədən sənayenin sürətli inkişafı planetin iqlim sisteminə böyük mənfi təsirlər göstərmiş, xüsusən son 100 ildə planetin orta temperaturu 0.8 dərəcə artmış və bu artımın da əsas səbəbi istilik effekti yaradan qazların həcmi ilə birbaşa bağlı olmuşdur. Nəticədə, son iki əsrdə atmosferdə karbon qazının ümumi miqdarı 30 faizə, metanın miqdarı isə 60 faizdən artıq həcmə yaxınlaşmışdır. Məhz bu baxımdan 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra əsas hədəf həmin razılaşmanın 6-cı maddəsi üzrə karbon bazarları sahəsində razılığın əldə edilməsinə yönəlmiş, lakin təəssüflər olsun ki, ötən 10 ilə yaxın dövr ərzində bu istiqamətdə hər hansı ciddi razılığa nail olunmamışdır. Lakin Bakıda COP29-un ilk günündə Paris Sazişinin 6-cı maddəsinin bir müddəası üzrə razılaşmanın əldə edilməsi illərdir iqlim dəyişiklikləri üzrə birgə fəaliyyət qarşısında çox ciddi əngəllərdən birini aradan qaldırmış oldu. Daha dəqiq desək, Sazişin 6.4-cü maddəsinin Azərbaycanda razılaşdırılması bütövlükdə 6-cı maddə üzrə tam razılıq əldə olunmasına konseptual mənada şərait yaradır və illərdir problem kimi gündəmdə olan müddəanın tam şəkildə razılaşdırılmasına ümidləri artırır”, - deyə deputat bildirib.

O qeyd edib ki, əvvəlki dövrlər üzrə də qlobal səylərin birləşdirilməsi istiqamətində ciddi təcrübəyə malik olan Azərbaycanın COP29-dan əsas gözləntilərinin bir istiqaməti məhz 6-cı maddə üzrə müəyyən razılıqlara gəlinməsi idi və Bakıda belə bir prinsipial məsələnin razılaşdırılması, əslində, həm də ev sahibi kimi Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olunması üzrə ortaya qoyduğu səylərin nəticəsi sayıla bilər. Məlumdur ki, Prezident İlham Əliyev hələ ötən gün tədbirin açılışında rəsmən bəyan etmişdi ki, Azərbaycan Respublikası COP29-un sədri kimi inkişaf etmiş və inkişaf edən ölkələr, o cümlədən Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Dövlət başçısının bu istiqamətdə verdiyi qətiyyətli bəyanatın səmimiliyi də heç kimdə şübhə doğurmadı, çünki Azərbaycan Paris Sazişinin tam razılaşdırılması hələ də mümkün olmayan 6-cı maddəsinə müvafiq olaraq çox ciddi niyyətlər ortaya qoymuş, hələ 2015-ci ilin oktyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədini təqdim edərkən niyyətlərini bir daha bəyan etmişdi. Məhz bu niyyətlərə müvafiq olaraq baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 35 faiz həcmində azaldılmasını hədəfləyib, 2022-ci ildə, hədəf ilinə 8 il qalmış artıq 34 faizlik nəticə ortaya qoya bilib. Ölkəmiz Qlazqoda COP26 tədbiri zamanı hədəflərini daha da yüksəldərək 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının həcminin 40 faiz azaldılmasını məqsəd kimi üzərinə götürüb. Bundan başqa, Azərbaycanın özünün 5 Milli Prioritetindən birini təmiz ətraf-mühit və yaşıl artım ölkəsi olaraq müəyyən etməsi, həmçinin qazıntı yanacağına əsaslanan enerji sisteminin yaşıl enerji ilə əvəzlənməsi istiqamətində effektiv addımlar atması fonunda Paris Sazişinin 6-cı maddəsinə dair razılığın əldə olunması başda olmaqla, bütövlükdə iqlim dəyişiklikləri üzrə mübarizə səylərinin birləşdirilməsi istiqamətində səmərəli fəaliyyət ortaya qoyan subyekt kimi çağırışlar etmək haqqına malik olduğunu qəbul etdirə bilib. Təbii ki, belə bir situasiyada COP29-dan substantiv nəticələrin gözlənilməsi başa düşülən idi və əldə olunan ilkin razılıqlar, ilk növbədə, bu çərçivədə şərh olunmalıdır.

“Bundan başqa məlumdur ki, COP29 qarşısında əsas məqsədlərdən biri iqlim maliyyəsi ilə bağlı məsələ hesab olunurdu. Bakıda müzakirələrin ardınca, artıq bir sıra beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlarına dair bəyanatları, o cümlədən dünya bankının 170 milyarda yaxın vəsait ayıra biləcəyini bəyan etməsi, COP29-da danışıqlar üçün əla mühitin hakim olmasını deməyə əsas verir. Tədbirə Britaniya, İspaniya, İtaliya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya kimi ölkələrin birinci şəxslərinin, o cümlədən Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin qatılması, habelə 80 ölkədən vitse-prezident, Baş nazir qismində ali qonaqların təşrif buyurması, ümumilikdə isə 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi COP29-a real və gözlənilən qərarların qəbulu üçün potensial vəd edən platforma kimi özünü doğrultmağa ciddi imkanlar verir. Azərbaycanın isə yüksəksəviyyəli ev sahibliyi və bəşəri niyyətləri ehtiva edən çağırışları, beynəlxalq hüququ rəhbər tutan yanaşmaları ilə arzuolunan razılaşmaların əldə olunması istiqamətində hərəkətverici qüvvə kimi çıxış etməsi ölkəmizin qlobal lider qismində özünütəsdiqi baxımından tarixi mərhələdir”, - deyə B.Məhərrəmov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri