Icma.az
close
up
RU
COP29 iştirakçıları üçün brifinq keçirildi FOTOLAR

COP29 iştirakçıları üçün brifinq keçirildi FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

10 noyabr tarixində COP29 konfrans məkanı Bakı Stadionunda keçirilən brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak edib. 

"Unikal" xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və xarici əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit COP29-un əməliyyat aspektləri haqqında ən son məlumatları təqdim ediblər. 

Brifinqdə beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə də daxil olmaqla vacib məsələlər əhatə olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəfləri, konfrans zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün görülən tədbirlər barədə məlumat verib.

Brifinqdə, həmçinin COP29 Mavi və Yaşıl Zonalarında mövcud müxtəlif sahələr, burada fəaliyyəti qurulan iaşə və digər məntəqələr və ərazilər barədə ətraflı məlumat verilib, eləcə də çoxsaylı ziyarətçi axının idarə edilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.

Brifinqin ikinci hissəsində xarici ölkələrin nümayəndə heyətlərinin üzvlərinin sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və s. mövzularda sualları cavablandırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Noyabr 2024 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri