Icma.az
close
up
RU
COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasa sədrlik edən COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib.
İclasda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda, Tacikistan Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Deni Sassu Nqesso, Belarus Prezidenti Aleksandr Lukaşenko, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Bolqarıstan Prezidenti Rumen Radev, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine, Kipr Respublikasının Prezidenti Nikos Kristodulides, Slovakiya Prezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel, Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç, Qana Prezidenti Nana Addo Dankua Akufo-Addo, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie, Sudanın Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, Braziliyanın Vitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Kot-d'İvuarın Vitse-prezidenti Tiemoko Meylie Kone, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, Yəmənin Vitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidenti Mixael Bizuik Usi, Liberiyanın Vitse-prezidenti Ceremi Kunq, Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniya Hökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia Amor Mottley, Belçikanın Baş naziri Aleksandr De Kro, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər.
Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində atdığı addımlar, qarşıda duran hədəflərə nail olunması ilə bağlı öhdəliklərin icrası istiqamətində görülən işlər barədə məlumat veriblər.
Çıxışlarda, həmçinin Azərbaycanın COP29-u uğurla təşkil etməsinə və göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlıq ifadə olunub.
COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri