Icma.az
close
up
RU
COP29 müddətində bəzi peşə məktəblərində təhsil distant olacaq

COP29 müddətində bəzi peşə məktəblərində təhsil distant olacaq

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 14-22 noyabr tarixlərində yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq. Bu qərar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədilə qəbul edilib.

Bu istiqamətdə 7 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinin rəhbərləri ilə onlayn görüş təşkil edilib. Görüşdə bu dövr ərzində müəssisələrin məsafədən tədrisin təşkili üçün uyğun platformanı (Microsoft Teams, Zoom və s.) müəyyən etməsi, seçilən platformanın işçilər və şagirdlər üçün rahat və əlçatan olması və texniki problemlərin həlli üçün lazımi texniki dəstəyin təmin edilməsi mövzuları müzakirə edilib. Qeyd edilən müddətdə ümumi işçi sayının 30%-ə qədərinin növbəlilik əsasında işə cəlb olunması, 70%-nin isə məsafədən (yaşayış yerini tərk etmədən) işləməsinin təmin edilməli olduğu müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

Məlumatda həmçinin bildirilib ki, iş və istirahət günlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, tədris prosesinin fasiləsizliyini qorumaq məqsədilə 16 və 23 noyabr (şənbə günləri) üçün nəzərdə tutulan dərslər, müvafiq olaraq, 12 və 13 noyabr tarixlərində nəzərdə tutulmuş dərs cədvəlinə uyğun təşkil ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 07 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri