COP29 prezidenti Azərbaycan QHTlərinin pavilyonuna baş çəkib FOTO Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
COP29 prezidenti Muxtar Babayev 2024-cü il noyabrın 16-da Azərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonuna baş çəkib.
COP29 Təşkilat Komitəsinin üzvü, AMQF-nin İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva pavilyonda yaradılan şərait barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan QHT-ləri COP29-da yüksək fəallıq nümayiş etdirir, mühüm təqdimatlar keçirir, xarici tərəfdaşları ilə birgə beynəlxalq tədbirlər təşkil edir. Artıq Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin, COP28, COP29, COP30 ölkələrinin üçlük formatında vətəndaş cəmiyyəti təsisatlarının birgə konfransları təşkil olunub. O da diqqətə çatdırılıb ki, qarşıdakı günlərdə Xəzər dənizinin ekologiyası mövzusunda Xəzəryanı ölkələrinin QHT-lərinin ayrıca beynəlxalq konfransı keçiriləcək. COP29 çərçivəsində həmçinin türk dövlətlərinin QHT-lərinin təşkilatlanması prosesi gedir, ortaq tədbirin keçirilməsi planlaşdırılır.
M.Babayevə məlumat verilib ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına artıq 100-ə yaxın ölkədən 410-dan çox QHT qoşulub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin bütün qalib QHT-lərinin layihələr çərçivəsində Milli QHT Forumu Pavilyonunda xarici tərəfdaşları ilə birgə tədbirləri olduğunu, bu tədbirlərin uğurla keçirildiyini bildirib.
COP29 prezidenti Muxtar Babayev Azərbaycan QHT-lərinə fəaliyyətlərində uğurlar arzulayıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















