Zəngilanda inşaat qalıqlarından istifadə edilməklə istirahət məkanı yaradılıb FOTO
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zəngilan, 17 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinin yaxınlığında, Həkəri çayı sahilində “Həkəri səfası” adlı istirahət məkanı yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndlərin inşasında istifadə edilən tikinti materiallarının qalıqları ilə yaradılan bu məkanda gediş-gəliş və təbiət qoynunda gəzinti üçün cığırlar, məhəccərlər, söhbətgahlar quraşdırılıb.
Kəndlərin ərazisində müasir istirahət parkları olsa da, “Həkəri səfası” təbiət qoynunda piknik ərazisi kimi ərsəyə gətirilib.
Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri ilə bərabər, bu ərazilərə üz tutan qonaqlar, turistlər də Həkəri səfasının gözəlliyi ilə tanış ola bilirlər.
-1 / 5
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















