Icma.az
close
up
RU
COP29 qonaqları üçün Bakı necə yadda qaldı? Milli mətbəximiz, qonaqpərvərliyimiz....

COP29 qonaqları üçün Bakı necə yadda qaldı? Milli mətbəximiz, qonaqpərvərliyimiz....

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 beynəlxalq tədbiri zamanı Bakıya dünyanın müxtəlif ölkələrindən 80 mindən çox qonaq gəldi, şəhərimizin milli mədəniyyəti ilə yaxından tanış oldu. 

Bəs görəsən, COP29 Azərbaycan turizminə nələr qatdı? Turistlər paytaxtımızda ən çox nədən məmnun qaldı?

Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi danışdı:

"Belə bir möhtəbər tədbirin keçirilməsi böyük məsuliyyətlə yanaşı, həm də böyük zəhmət tələb edir. Ölkəmiz qısa müddət ərzində belə bir tədbirə hazırlıq işlərinin öhdəsindən gəldi. Apardığımız müşahidələr onu göstərir ki, qonaqlar milli mətbəxdən çox razı qalıb, Bakının səliqə-sahmanına heyran olublar, xalqımızın qonaqpərvərliyi onları çox razı salıb".

Samir Dübəndi hesab edir ki, COP29-un ölkəmizdə keçirilməsi turizmin inkişafı yolunda mühüm rol oynadı, ölkəmizi dünya xalqları üçün daha yaxından tanıtdı:

"Ekokoji və iqlim dəyişməsi problemlərinin məhz Azərbaycanda müzakirə edilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi onu göstərir ki, ölkəmiz ekoloji məsələlərin həllinə sadiqdir, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılır. Ağlllı kəndlərin və şəhərlərin yaradılması, ekoloji həllər, alternativ energetikanın inkişafı və bu sahədə digər mühüm addımların məntiqi davamını biz ölkədə ekoturizmin inkişafında görürük. Düşünürəm ki, növbəti illərdə ekoloji turizm, sağlam qida konseptləri, açıq səma altında aktiv istirahət və bu kimi digər fəaliyyətlər önə çıxacaq və Azərbaycanı işgüzar turizm mərkəzi olması ilə yanaşı, regional ekoturizm mərkəzi kimi də tanıdacaq".

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri