COP29 Sədr müavini İqlim mühakiməsi üzrə məhkəmə perspektivlərindən danışdı
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panelə sədrlik edib.
Sitat.info xəbər verir ki, Çingiz Əsgərov Azərbaycanda ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi və ölkəmizin beynəlxalq səviyyədə atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub, müvafiq qanunlarda və digər normativ-hüquqi aktlarda bu hüququn həyata keçirilməsi qaydası və təminatları müəyyən edilib.
Çingiz Əsgərov həmçinin ətraf mühitlə bağlı milli məhkəmələrin hökm və qərarlarının əhəmiyyətini qeyd edib və bu sahədə beynəlxalq tribunalların presedent hüququnun inkişafına töhfə verdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















