Sədr müavini: COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur
Oxu.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Sədr müavini: COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur.
"Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər:
"Siyahı bizə təqdim olunub. Sözügedən siyahı bütün metro stansiyalarına göndərilib".
Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Buraya avtobus, metro və dəmiryol nəqliyyatı daxildir.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Sədr müavini: COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur
06 Noyabr 2024 17:30
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur
06 Noyabr 2024 17:03
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur Yeni Sabah
06 Noyabr 2024 17:13
COP29 iştirakçıları üçün metrodan istifadə pulsuz oldu
06 Noyabr 2024 17:08
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
06 Noyabr 2024 17:35
Baxış sayı:101
Mənbə:https://oxu.az