Icma.az
close
up
RU
Bakı COPu iqlim diplomatiyasında yeni səhifə açdı

Bakı COPu iqlim diplomatiyasında yeni səhifə açdı

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan müstəqil dövlət kimi son 30 ildə bir çox beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edib. Amma heç şübhəsiz ki, COP29 onların arasında əlahiddə yer tutur: istər BMT-nin ən nüfuzlu platformalarından biri olduğu üçün, istərsə də yüksəksəviyyəli təmsilçilik amilinə və iştirakçıların sayına görə. Bununla yanaşı, COP29-u əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqləndirən həm də odur ki, onların heç biri Bakı COP-u qədər qarayaxma kampaniyası və haqsız hücumlarla üzləşməmişdi.

Ötən ilin dekabrından etibarən bəzi siyasi mərkəzlər əllərinin altında olan ayrı-ayrı təşkilatların və media resurslarının köməkliyi ilə hər şeyi etdilər ki, Bakı COP-u uğursuzluğa düçar olsun. Əvvəlcə bu çirkin oyuna demokratiya və insan haqlarından don geyindirməyə çalışdılar. Görəndə ki, bu, yetərli deyil və Azərbaycan cəmiyyətinin gözündə deşifrə olunurlar, Avropa Şurası kimi təşkilatlar bir az da irəli gedərək, guya ölkəmizdə milli azlıqların hüquqlarının pozulması ilə bağlı daha böyük yalanı dövriyyəyə buraxdılar. Təsəvvür edilməsi nə qədər çətin olsa da, eyni vaxtda orta əsrlərin “səlibçi” düşüncəsinə xas olan dini təəssübkeşlik kimi cahil çağırışlar da işə salındı, təhlükəli bölücülük və ayrı-seçkilik siyasətinə yeni nəfəs verildi. Lakin nə qədər çalışsalar da, gizlədə bilmədilər ki, bütün bu hücumların, qərəz və şantajın yalnız bir səbəbi var: Azərbaycan onların iki əsrlik planının, arzu və istəklərinin ziddinə olaraq, Qarabağı geri qaytarıb. Bəziləri özlərini aldadaraq elə düşünürdülər ki, uydurduqları yalanın sayı nə qədər çox və miqyası nə qədər böyük olarsa, dünya ictimaiyyətini asanlıqla onlara inandıra biləcəklər. Yalan ayaq tutsa da, yerimədi. Çünki bədxahlarımız  demokratiya və insan haqları ilə bağlı iddianı, ilk növbədə, ona görə irəli sürürdülər ki, ermənilərin guya Qarabağda etnik təmizləməyə uğraması yalanını tirajlaya bilsinlər. Lakin nəzərə almadılar ki, onların iftirasına qədər BMT kimi mötəbər təşkilatın səlahiyyətli missiyası  bu cür faktın baş vermədiyini və mülki erməni əhalisinə qarşı zor işlədilmədiyini bir neçə dəfə bəyan edib. Bəlkə, elə bu faktın özü də BMT tədbiri olan Bakı COP-nun hədəfə alınmasında əlavə rol oynadı.

Məlum dairələr son bir ildə media resurslarında ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasına insan haqları kimi bəşəri dəyərdən nə qədər don geyindirməyə çalışsalar da, bu cəhdləri də hədəfinə çatmadı, əksinə, Azərbaycan cəmiyyətinin haqlı və kəskin etirazı ilə üzləşdi. Xalqımız bir daha əmin oldu ki, erməni separatçılarını “siyasi məhbus” adlandıran və onlara azadlıq tələb edən ölkə, təşkilat və media resursları üçün insan haqları siyasi spekulyasiya predmetindən başqa bir şey deyil. Bu iyrənc oyuna rəvac verənlər hələ də anlamırlar ki, əslində, öz ayaqlarına güllə sıxır, ən azından Ukrayna ilə bağlı yürütdükləri siyasəti gözdən salırlar. Axı, necə ola bilər ki, Ukrayna ərazisində separatçılığa yox deyəsən, orada separatçıların nəinki həbsini, hətta fiziki cəhətdən məhvini təqdir edəsən, amma Azərbaycana gəldikdə, erməni separatçılarını “siyasi məhbus” adlandırmaqla onları “qəhrəmanlaşdırasan”? Erməni separatizmini başqa coğrafiyalardakı separatçılardan fərqli və üstün hesab edənlər fərqinə varmırlar ki, bu cür ayrı-seçkilik təhlükəsiz dünya nizamını təhdid edən yeni münaqişə ocaqlarının yaranmasına rəvac verir.

Guya Azərbaycanda milli azlıqların hüquqlarının pozulması ilə bağlı çirkin iftiraya gəldikdə isə, bu, ümumiyyətlə, heç bir əndazəyə sığmır. Multikulturalizm və tolerantlıq əsrlər boyu xalqımızın dəyər verdiyi, bugünədək qoruyub saxladığı və bir çoxlarına örnək olan bənzərsiz həyat tərzidir. Milli azlıqlarla bağlı iftiranı uyduranlar yenə də özləri-özlərini ifşa etdilər. Sən demə, bunlar milli azlığın hüququndan danışarkən, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tuturlarmış. Amma onlardan soruşsan ki, bu hüququ Marseldə, Kaliforniyada və ya Krasnodarda, yaxud bir başqa yerdə kompakt yaşayan erməni millətçilərinə tanıyarsınızmı, bunu özlərinə təhqir və daxili işlərinə müdaxilə hesab edərlər. Özlərinə rəva görmədiklərini başqalarına rəva bilənlərə Prezident İlham Əliyev Vətən müharibəsindən hələ 7 ay əvvəl- 2020-ci ilin fevralında Mühxen Təhlükəsizlik Konfransında bu tutarlı cavabı vermişdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Eyni dairələr artıq iddia edirlər ki, guya ölkəmiz  COP29 platformasından siyasi məqsədləri üçün istifadə edib. Amma nədənsə unudurlar ki, Azərbaycan ötən ilin dekabrında COP29-a ev sahibi seçildikdən sonra elə özləri yalnız ona çalışdılar ki, Bakı COP-nun gündəliyi iqlim dəyişmələri ilə bağlı mövzunun müzakirəsindən mümkün qədər uzaqlaşsın və nəticədə heç bir konsensus əldə olunmasın. Əgər belə olmasaydı, aparıcı aktorlardan bəziləri müxtəlif bəhanələrlə COP29-da yüksəksəviyyəli iştirakdan yayınmaz və nümayəndə heyətlərinin ranqını aşağı salmağa çalışmazdı, iqlim dəyişmələri ilə bağlı qlobal problemin müzakirəsinə qoşulmaq və onun həllinə töhfə vermək əvəzinə, kənar mövzuları uydurma iddialarla süni şəkildə gündəm etməyə cəhd göstərməzdi. Belələri elə düşünürdülər ki, onlar qərəzli qətnamələrlə, yalan və iftira dolu qarayaxma kampaniyası ilə ölkəmizin üzərinə gələcək, ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı milli maraqlarımızı təhdid edəcəklər, Azərbaycan Prezidenti isə bəziləri kimi susub geri addım atacaq. Bədxahlarımız bu gün də fərqinə varmırlar ki, öz xalqının iradəsinə söykənən və rəhbərlik etdiyi dövlətin maraqlarından çıxış edən Prezident İlham Əliyev bu illər ərzində mövqeyini heç vaxt gizlətməyib və 2020-ci il sentyabrın 24-də, Vətən müharibəsindən üç gün əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında olduğu kimi, həmişə açıq şəkildə bəyan edib: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Bütün əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Məhz Bakı COP-da 6-cı maddə, o cümlədən İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Azərbaycan diplomatiyasının səyi nəticəsində Bakıda 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması qərara alındı. Bu razılaşma həmin ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə yardım məqsədini daşıyır. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox nümayəndənin iştirak etdiyi COP29 bəzi siyasətçilərin son bir ildəki qərəzli səylərinin əbəs olduğunu ortaya qoydu. Azərbaycan nümayiş etdirdi ki, xoşniyyətli məramı və konstruktiv dialoq əzmi ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulmasına töhfə vermək gücündədir və bunun üçün real siyasi çəkiyə malikdir. Heç kimdə şübhə olmasın ki,  COP30-a qədər Azərbaycan öz fəaliyyətini məhz bu amalla davam etdirəcək. Lakin bu o demək deyil ki, ölkəmizi qərəzli şəkildə hədəf seçən və tarixi Zəfərimizi hələ də həzm edə bilməyən dairələr asanlıqla və tezliklə sakitləşəcək. Cənab Prezidentin andiçmə mərasimində açıq mətnlə və tam haqlı olaraq qeyd etdiyi kimi: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,- sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

Ülvi Quliyev                                                                                   

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri