Icma.az
close
up
RU
Vergi sistemində yenilik: “Şəffaflığın təmin olunmasına...”

Vergi sistemində yenilik: “Şəffaflığın təmin olunmasına...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən tətbiq olunan “üfüqi monitorinq” mexanizmi dövlət–sahibkar münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Bu sistem vergi ödəyicilərinə potensial riskləri əvvəlcədən vergi orqanına açıqlamaq imkanı yaradır, bununla da səyyar vergi yoxlamalarının sayı azalır.

Məqsəd orta və iri sahibkarlarla daha şəffaf, proqnozlaşdırılan və tərəfdaşlığa əsaslanan əməkdaşlıq modelinin formalaşdırılmasıdır.

Lakin mexanizmin mahiyyətindən asılı olmayaraq, “risk” anlayışının özü bir çox sahibkar üçün psixoloji baryer yaradır.

Xüsusilə illərlə cərimə və yoxlama təcrübəsi ilə üzləşmiş biznes subyektləri risklərini könüllü şəkildə açıqlamağın gələcəkdə əlavə nəzarət və ya təzyiqə çevrilə biləcəyindən ehtiyatlanırlar.

Bu isə bəzi sahibkarların təşəbbüsdən çəkinməsinə, hətta sistemdən kənarda qalmağa üstünlük verməsinə səbəb ola bilər.

Bəs bu yenilik sahibkarların fəaliyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, əvvəllər tətbiq olunan sanksiyalar olduqca ciddi idi:

“Məsələnin mahiyyəti ondan ibarətdir ki, hökumət sahibkarlara belə bir mesaj verir ki, əgər mövcud problemləri könüllü şəkildə etiraf edib ayrıca bəyan etsəniz, sizə qarşı sanksiyalar tətbiq olunmayacaq.

Bu isə o demək deyil ki, sahibkarlar vergidən azad edilir. Sadəcə olaraq, onlar sanksiyalardan azad olunurlar. Çünki vergidən yayınma hallarında təkcə verginin əsas məbləği deyil, eyni zamanda 50 faizə qədər sanksiya tətbiq olunur.

Bundan əlavə, gecikdirilmiş məbləğə görə bir il ərzində təxminən 10 % həcmində “dəbbə pulu” (cərimə, penya) hesablanır. Ümumilikdə sanksiyalar olduqca ciddi idi və bəzi hallarda 50–70 % qədər çata bilirdi.

Hazırkı yanaşmada isə hökumət bildirir ki, sahibkar problemi əvvəlcədən etiraf edib dövlətə açıqlayarsa, o, cəzalandırılmayacaq, yəni sanksiya hissəsindən geri çəkiləcək”.

Ekspert qeyd edib ki, bu addım rəsmi sahibkarların sayının çoxalmasına, risklərin azalmasına və sahibkarların əsas narazılıqlarının aradan qalxmasına xidmət edir:

“Sahibkar fəaliyyətini etiraf edib əlavə vergi yükü daşımağa razılaşırsa, bu artıq dövlətlə biznes arasında yeni etimad mühitinin formalaşması deməkdir.

İngilis atalar sözündə deyildiyi kimi, “Vergidən və ölümdən qaçmaq mümkün deyil”. Azərbaycanda isə bir sıra hallarda sahibkarların vergidən yayınması uzun müddətdir müşahidə olunur. İdarəetmə sistemindəki boşluqlar və bəzi məmurların qeyri-etik davranışları bu hallara şərait yaradıb.

Bu baxımdan, atılan addım müsbət qiymətləndirilə bilər. Sözügedən yanaşma sahibkar–dövlət münasibətlərinin yaxşılaşmasına, yoxlama xərclərinin azalmasına və ümumilikdə şəffaflığın təmin olunmasına kömək edir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Vergi sistemi Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri