Icma.az
close
up
RU
COP29 Sədrliyinin “Atəşkəs Çağırışı” 130 ölkə tərəfindən DƏSTƏKLƏNİB FOTO/VİDEO

COP29 Sədrliyinin “Atəşkəs Çağırışı” 130 ölkə tərəfindən DƏSTƏKLƏNİB FOTO/VİDEO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs Qrupunun - Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) təşkilatçılığı ilə noyabrın 15-də “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclas keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə COP29 Sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılıb.
 

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Eyni zamanda, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bildirilib ki, Bakının bu çağırışı intensiv əməkdaşlıq tələb edir. Buna töhfə vermək üçün hər kəsi səyləri birləşdirməyə çağırıblar. Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki işlərdə həqiqətən də irəliləyişlərə nail olub.


Diqqətə çatdırılıb ki, sülhü təmin etmək üçün bu gün iqlimlə bağlı məsələlərə maliyyənin yönləndirilməsi olduqca vacibdir. İqlim təhlükəsizliyinin təmin edilməsi Afrikadan başlayır. Yerli aktorlarla, müxtəlif tərəfdaşlarla əməkdaşlıq şəraitində işləmək lazımdır.
 

İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iqlim dəyişikliyi və münaqişələr arasında mövcud əlaqə, iqlim dəyişikliyi nəticəsində meydana gələn qida, su qıtlığı, torpaq deqradasiyasının insanların həyat və sağlamlığını təhdid etdiyi, biomüxtəlifliyin pozulması kimi fəsadlar verdiyi və nəticə etibarilə sülh, dayanıqlı inkişafa hədə törətdiyini bildirib. Bu baxımdan, COP29 Sədrliyinin artıq 130 ölkə və ümumilikdə 1200 aktor tərəfindən dəstəklənən “Atəşkəs Çağırışı” təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Çıxışda indiyədək keçirilən COP-lar tarixində ikinci dəfə Sülh, Sabitlik və Bərpa Gününün təsis olunması və Almaniya, Misir, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Uqanda ilə iqlim və sülh üzrə birgə tərəfdaşlığın qurulması, habelə iqlim dəyişikliyinin kritik nəticələri ilə bağlı həll yollarını təklif edən Sülh, Sabitlik və Bərpa üçün İqlim Fəaliyyəti üzrə Bakı çağırışının elan edilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə, mövcud təklifləri konkret addımlara çevirmək baxımından Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin yaradılmasının, habelə maliyyə və digər texniki resursların səfərbərliyinin xüsusilə kiçik ada, həmçinin az inkişaf etmiş dövlətləri dəstəkləmək baxımından inklüziv nəticələr verəcəyinə dair əminlik ifadə edilib.


Ceyhun Bayramov Azərbaycanın COP29 Sədrliyinin prioritetlərində əks olunduğu kimi iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, habelə sülh və inkişafın dəstəklənməsi istiqamətində ən həssas qrupları bundan sonra da dəstəkləməyə davam edəcəyimizi vurğulayıb.
Tədbirdə davamlı sülh üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunulub və Azərbaycan Sədrliyinin irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.
İclas mövzu ətrafında müzakirələrlə davam edib.







Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri