Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

COP29: təhsil strategiyasında “Yaşıl dünya”ya dəstək nümunəsi

COP29: təhsil strategiyasında “Yaşıl dünya”ya dəstək nümunəsi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonalar Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə ötən il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etdi. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan olunmuşdur.

Artıq işğaldan azad olunmuş ərazilərin bərpa olunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır və proses bu gün də uğurla davam etdirilir. Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycanın geniş bir ərazisi ekoloji fəlakət zonasına çevrilib. İşgal dövründə ərazilərdə sərvətlərimiz istismar olunub, talanıb. Təcavüz altında saxlanılan torpaqlar işğal dövründə boz əraziyə (hüquqi və faydalılıq baxımından nəzarətsiz) çevrilib. Məğlubiyyətlə barışa bilməyən ermənilər sona qədər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görür. Bu gün dövlətin əsas hədəflərindən biri də həmin ərazilərimizin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir. Azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa prosesində ətraf mühitin qorunması mühüm prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı qəsəbə”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Ümumiyyətlə, son illər Azərbaycanın dünya arenasında artan nüfuzu hər kəsə məlumdur. Bu da bir həqiqətdir ki, bunun ən başlıca səbəblərindən biri, bəlkə də birincisi ölkəmizin dünya əhəmiyyətli tədbirlərə ev sahinbliyi etməsidir. Məhz bu kimi tədbirlərin yekunu olaraq Azərbaycan dünya miqyasında daha da geniş tanınır, dünya liderləri ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi inkişaf haqda daha mükəmməl və obyektiv məlumat almış olular. “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi 2024-cü il noyabrın 11-dən 24-dək Bakı şəhərində qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclasının keçirilməsini heç şübhəsiz ki, Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirlərdən biri hesab etmək olar. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, beynəlxalq tədbirlərin təşkili Azərbaycana axın edən xarici media qurumların təmsilçilərinin də sayını sürətlə artırır. Təsadüfi deyildir ki, hazırda xarici media qurumları müxtəlif janrlarda Azərbaycanla bağlı məlumat yaymaqda sanki yarışdadırlar.

Dünyanın 80-ə yaxın ölkəsindən 75 minədək liderin bu toplantıda dünya əhəmiyyətli məsələləri müzakirə etməsi və bir çox razılaşmaların əldə olunması ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərdə nə qədər aparıcı missiyaya malik olduğunu bir daha sübut etdi. COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Bakıdakı COP 29-da baş tutan dialoqun əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi ilə bağlı idi. Planetimizin flora və faunasının, insanların sağlamlığının qorunması hazırda bəşəriyyət qarşısında dayanan ən ciddi problemlərdən biridir. İqlim dəyişmələri, qlobal istiləşməyə qarşı mübarizə ilə bağlı dövlət başçılarının və dünyanın aparıcı beynəlxalq qurumlarının iştirakı ilə müzakirələr meydanı olan və öz işini uğurla başa çatdıran COP 29 konfransı bu mənada, ümumbəşəri mahiyyət və məzmun kəsb edən beynəlxalq anlaşma platformasıdır.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 kimi nüfuzlu tədbir iqlim dəyişmələri ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədi daşımaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Eyni zamanda, dünyanın nüfuzlu tədbirlərindən biri kimi, ölkəmizin ötən il ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 toplantısının davamı olaraq respublikamızın təhsil sahəsində yeniyetmə və gənclər arasında ekoloji dünyagörüşün formalaşdırılması, ekoloji mədəniyyətin inkişaf etdirilməsi, ən nəhayət ekoloji təhsilin əsas istiqamətlərin müəyyənləşdirilməsi yönümündə görülən və nəzərdə tutulan tədbirlərin əhəmiyyəti danılmazdır. Bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, ekoloji təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşması kifayət deyil. Təhsil sistemində ekoloji dəyərlərin praktik tətbiqi – məktəblərdə, universitetlərdə və ictimai təşəbbüslərdə ekoloji davranış modellərinin yaradılması mühüm rol oynayır. Məhz bu səbəbdən, ekoloji savadlılıq fənlərarası yanaşma ilə bütün təhsil pillələrinə inteqrasiya olunmalı, “yaşıl düşüncə” mədəniyyəti erkən yaşlardan formalaşdırılmalıdır. Belə yanaşma həm də ölkənin ekoloji təhlükəsizliyinin və resursların davamlı idarə olunmasının təminatıdır.

COP29-un yekunu olaraq tədbirin sonunda qəbul olunan qərarlar Azərbaycanda da bir çox vacib tədbirlərin həyata keçirilməsini aktuallaşdırdı. Bunlardan müəyyən bir qismi də “Yaşıl dünya” problemlərinin təhsil sahəsində əhəmiyyətini nümüyiş etdirməklə konkret tədbirlərin reallaşdırılması ilə bağlıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazırı Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili” barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmuşdu. Həmin dərslərdə müəllimlıərə istiqamət kimi bir sıra tövsiyələr də verilirdi. Xüsusən də dərs planları və tədris materiallarının hazırlanması - müəllimlər üçün ekologiya haqqında mövzular üzrə xüsusi təlim proqramları və metodik vəsaitlər tərtib edilməsi zəruriliyi əhəmiyyətli dərəcədə vurğulanırdı. Aydın məsələdir ki, bu materialların hazırlanması ilk növbədə, orta ümumtəhsil məktəblərində ekologiya haqqında mövzuların müxtəlif sinif səviyyələrində daha yaxşı tədrisini təmin edilməsinə yönəlmişdi. Bu proqramların digər dərslərlə inteqrativ formada reallaşdırılması mümkündür və bu addım - fənlərarası yanaşma şagirdlərə ekologiya haqqında mövzuları daha geniş perspektivdə başa düşməyə kömək edəcək. Unutmamalıyıq ki, görüləcək bu tədbirlər şagirdlərin ekoloji dünya görüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilər.

Əlbəttə, yuxarıda qeyd etdiklərimiz CO29-un davamı olaraq orta ümumtəhsil məktəblərində yerinə yetiriləcək işlərin əsas istiqamətlərinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətlərini təşkil edir. Amma biz “Yaşıl dünya” ilə bağlı problemlərin həllindən danışırıqsa, qlobal bir məsələ ilə bağlı təkcə orta ümumtəhsil məktəblərində tədbirlər reallaşdırmaqla işimizi bitirmiş hesab edə bilmərik. Ona görə də unutmamalıyıq ki, “Yaşıl dünya”mızı daha da problemsiz görmək istəyiriksə, eyni zamanda, həm də daha çox ali məktəblərdə xüsusi proqramlar hazırlanıb həyata keçirilməli, bu sahəyə dövlət dəstəyi artırılmalıdır. Nəzərə alsaq ki, respublikamızın bir sıra ali məktəblərində ekoloji sahə üzrə mütəxəssis hazırlığı həyata keçirilir, xüsusi fənnlər tədris edilir, onda bu kimi təhsil müəssisələrinin kifayət qədər malik olduğu elmi potensialından, kadr təminatından yararlanmaq nəinki mümkündür, əksinə, mən deyərdim ki, olduqca vacibdir.

“Yaşıl dünya naminə həmrəylik ili” ali təhsil müəssisələri və onların müəllim-tələbə heyətinin üzvləri üçün də geniş fəaliyyət göstərməyə imkan yaratdı. İlk növbədə, “Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində ekoloji sağlamlaşdırma, enerjidən məqsədyönlü istifadə, tullantıların minimuma endirilməsi və müntəzəm surətdə kampuslardan tam daşınmasının təmin olunması sahəsində ilkin addımlar atıldı. Qeyd edək ki, dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyası geniş yayılıb ki, bu da universitetdə ekoloji təcrübələrin tətbiqi, yaxşılaşdırılması, tələbə və işçilərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsini əhatə edir.

“Yaşıl universitet” ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyət göstərən bir universitetdir: karbon dioksid emissiyalarını azaldır, tullantıları ayrıca toplayır, su və elektrik enerjisinə qənaət edir, bununla da ekoloji infrastrukturu inkişaf etdirir. Bu məqsədlər üçün müsbət ekoaksiyalar və ekofestivallar aparılır, ayrı-ayrı zibil toplama sistemi təşkil edilir, enerji səmərəliliyi artırılır, ərazi abadlaşdırılır, maarifləndirmə işləri aparılır. Bu tədbirlər universitetin fəaliyyət sahəsində ekoloji prinsiplərin tətbiqinə; tələbələr və işçilər arasında ekoloji mədəniyyətin ümumi səviyyəsinin, məsuliyyət hissinin yüksəldilməsinə; ali məktəbin beynəlxalq ekoloji reytinqlərinə daxil edilməsinə - universitetin yeni “yaşıl” imicinin formalaşdırılmasına; ekoloji aksiyaların təşkili ilə ali təhsil müəssisəsinin beynəlxalq tanınmasına xidmət edir. Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq, respublikamızın ali məktəblərində “Yaşıl kampus” konsepsiyasının, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü (Sağlam həyat və rifah) və 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) istiqamətlərinə uyğun olaraq tətbiqi ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliğ edilməsi zərurəti ilə əlaqədar mikromobillik vasitələri üçün müvafiq infrastrukturun yaradılması və velosipedlərdən istifadənin əlçatanlığının təmin edilməsinə dair layihənin sosial əhəmiyyətinin daha da artırılmasına yönələn aktual bir addım hesab olunmalıdır. Bu layihə rahat, sərfəli, sağlam həyat tərzini təşviq edən mikromobil nəqliyyat vasitəsi dünyada geniş yayılıb və ekoloji məsələlərin qlobal miqyasda aktuallıq qazanması fonunda velosiped mədəniyyətinin formalaşdırılması ölkəmizdə də xüsusi əhəmiyyət kəsb edir.

Dünyanın aparıcı reytinq şirkətlərindən olan GreenMetric World University Ranking beynəlxalq reytinqi ali təhsl müəssisələrinin “yaşıl universitet” quruculuğu yönündə səylərini nəzərə alır. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetlərimizdə “yaşıl universitet” konsepsiyasının inkişaf etdirilməsi və onların uğurlu nəticələri ali təhsil müəssisələrimizin adıçəkilən reytinq mövqeyinə müsbət təsir edə bilər. Qeyd edək ki, “GreenMetric” reytinqinin məqsədi dünya üzrə ali təhsil müəssisələrində “yaşıl” texnologiyaların və ekoloji siyasətin cari tətbiqinin real mənzərəsini təqdim etməkdir. Bu reytinq ilə universitet rəhbərlərinin diqqətini cəlb etməklə bütün dünyada tələbələr tərəfindən ətraf təbiətə məsuliyyətli münasibəti artırmaq olar. Qlobal iqlim dəyişikliyi, enerji və su qənaəti, tullantıların təkrarlanması və yaşıl nəqliyyat məsələlərinə daha çox diqqət yetirilməsi reytinqin əsas hədəflərindəndir. Reytinqin təşkilatçıları bəzi ekoloji problemlərin həlli üçün ətraf mühitin davamlı inkişafı siyasətinin aparılması zərurətinə akademik ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Reytinqdə mövqe nə qədər yüksəkdirsə, tələbələr, rəhbərlik, professorlar və müəllimlər planetin davamlı inkişafı və ekoloji vəziyyətindən bir qədər narahatdırlar. Bu o deməkdir ki, universitet ətraf mühitin qorunması üçün gələcək nəsil qarşısında məsuliyyəti bilir, regionun və ölkənin davamlı inkişafını təkcə elmi tədqiqatlar və tələbə təşəbbüsləri ilə deyil, həm də şəxsi nümunə kimi dəstəkləməyə hazırdır.

Hazırda tələbələrin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi, ekoloji mədəniyyətin yaxşılaşdırılması ilə yanaşı, bu sahələrdə elmi-tədqiqatların aparılmasını da təşviq etmək zəruridir. Yeri gəlmişkən, bir mühüm faktı da qeyd etmək lazımdır ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ötən il respublikamızın ali məktəblərində kecirilən silsilə tədbirlər nöqteyi-nəzərdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının fəaliyyəti yüksək dəyərləndirilməlidir. Bu tədbirlərin əksəriyyətinin müvafiq təşkilatlarla əlaqəli keçirilməsinin əhəmiyyətini qeyd etməmək olmaz. Xüsusən də Şahdağ Milli Parkı arasındakı tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbirləri xüsusi vurğulamalıyıq. Bilavasitə “yaşıl dünya”mızın qorunması və bununla bağlı ali təhsil müəssisələrinin qarşısında duran əsas istiqamətlərin müzakirəsi baxımından baş tutan müxtəlif diskussiyaların, elmi və praktik konfransların yüksək əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Bu istiqamətdə həyata keçirilən müxtəlif məzmunlu, lakin bilavasitə “Yaşıl dünya”mızın problemlərinin həllində, ətraf mühitin mühafizəsinin qorunmasında, nəhayət, təhlükəsizliyinin təmin olunmasında mühüm aktuallıq kəsb edən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin reallaşdırılmasında ADPU-nun Quba filialının direktoru, “Qabaqcıl təhsil işçisi”, fizika elmləri doktoru, professor Yusif Alıyevin yüksək təşkilatçılıq qabiliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bilavasitə onun təşəbbüskarlığı və şəxsi rəhbərliyi nəticəsində baş tutan bu kimi tədbirlər dünya miqyaslı problem kimi “Yaşıl dünya”mızın sağlamlaşdırılmasında olduqca əhəmiyyətli rol oynamışdır və bu yönümdə aparılan məqsədyönlü siyasət bu gün də davam edir. Filial rəhbərliyinin əsas məqsədi dünya və respublika miqyasında tanınan elm və təhsil ictimaiyyəti nümayəndələrini bu kimi tədbirlərdə iştirakını təmin etməklə, ilk növbədə Pedaqoji Universitetin Quba filialının dövlət siyasətinə, onun dəst-xəttinə sadiqliyini bir daha əyani şəkildə təsdiq etməkdən ibarətdir. Bu tədbirlərdən xüsusi fərqləndirmə kimi ardıcıl olaraq son iki ildə filialda təşkil edilən “Yaşıl dünya”ya dəstək nümunəsi olaraq “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda Beynəlxalq Elmi Konfransları xüsusi vurğulamaq lazımdır. Bakıda keçirilmiş qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP29-un tərkib hissəsi kimi də dəyərləndirilən beynəlxalq əhəmiyyətli bu tədbirlərdə səsləndirilən fikirlər ekoloji problemin həqiqətən də olduqca qlobal bir məsələyə çevrildiyini və məhz COP29-un da hamımız üçün bir növ həyəcan siqnalı çaldığını göstərmiş oldu. Digər tərəfdən, konfransa təşrif buyuran və onun işinə onlayn şəkildə qoşulan Türkiyə, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Almaniyadan olan qonaqların çıxışlarını günümüzün aktual problemlərinə həsr olunmuş belə bir törənin əhəmiyyəti ilə bərabər, ADPU Quba filialının respublika və beynəlxalq miqyasda elmi-pedaqoji əməkdaşlıq sahəsində qazandığı təcrübənin yayılması, ən başlıcası isə beynəlxalq ictimaiyyətin bu işdə birgə əməkdaşlığın zəruriliyini təsdiqləmiş oldu.

Bir maraqlı və olduqca vacib məsələni də xüsusi qeyd etmək lazımdır ki, bu da bilavasitə ali təhsildə “Yaşıl dünya”ya dəstək nümunəsinin əyani ifadəsi sayılmalıdır. Bu da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələrin sərbəst işlərinin qəbul edilməsi forması barədə qəbul olunmuş qərarla bağlıdır. Belə ki, tələbələrin sərbəst işlərinin qəbul edilməsi forması ötən dərs ilinədək əsasən kağız variantında çıxarılması ilə həyata keçirilirdi. Amma təcrübə göstərirdi ki, bu həm tələbələrin maddi cəhətdən əlavə xərc çəkməsinə, həm də ölkəmizdə kağız israfçılığına gətirib çıxarırdı. Bu isə ətraf mühitin qorunmasına birbaşa mənfi təsir göstərir.

Təbii ki, “Yaşıl dünya”nın qorunması sahəsində COP29 kimi vacib və aktual tədbirə ev sahibliyi etmiş respublikamızın liderliyində yeni vüsət alan qlobal prosesə öz töhfəsini verən ADPU-nun Quba filialı bəzi problemlərin həllində çıxış yolunu tapmaqla, həm tələbələrin əlavə vəsait xərcləməsinin qarşısını almış oldu, həm də “Yaşıl dünya”mızın qorunması istiqamətində respublikamızda bir ilkə imza etdi. Hesablamalar göstərirdi ki, hər tələbə il ərzində sərbəst işin çapına ən azı 30 manat pul sərf edir. Bu isə ümumən tələbələrin təkcə filial üzrə sərbəst işlərin çapına minimum 30 min manat vəsaitin xərcləməsi demək idi. Bu baxımdan, filial sərbəst işlərin onlayn formada təhvil verilməsini Elmi Şuranın qərarı ilə rəsmiləşdirməklə, tələbələrimizin bu qədər vəsaitə qənaət etməsində, eyni zamanda bölgədə çap kağızının süni şəkildə qiymət artımının qarşısının alınmasında mühüm rol oynamış oldu.

Müasir cəmiyyətlər üçün ekoloji davamlılıq əsas prioritetlərdən biri olaraq ortaya çıxmışdır. Bu kontekstdə “Yaşıl dünya” prinsiplərinin təhsil sisteminə inteqrasiyası yalnız ekoloji məlumatlılığı artırmır, həm də şagird və tələbələrin ekoloji çağırışlara effektiv cavab verə biləcək bacarıqlarla təmin edir. Ümumiyyətlə, “Yaşıl dünya” anlayışının təhsil sisteminə inteqrasiyası davamlı inkişaf yolunda olduqca vacib addımdır. Təhsil müəssisələri gələcək nəsilləri ekoloji baxımdan məsuliyyətli qərarlar verməyə hazırlayan katalizator rolunu oynayır. Yaşıl tədris proqramlarının davamlı təkmilləşdirilməsi və tələbələrin davamlılıq layihələrində fəal iştirakı ekoloji mədəniyyətin formalaşdırılmasında mühüm amildir. Bütün bunlarla yanaşı, təkcə bu kimi tədbirlərin keçirilməsi, müxtəlif proqramların qəbul olunması ilə kifayətlənməməliyik. Ekoloji mühitin qorunması kimi problemin aktuallığını hər birimiz dərk etməliyik və hamılıqla onun həlli prosesinə öz töhfəmizi verməliyik!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri