“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab sərgisi təşkil olunub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilən kitab sərgisi təşkil olunub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə 80-dan çox nəşr yer alır.
Oxucular sərgidə ətraf mühitin mühafizəsi, yaşıl ekologiya, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsindən bəhs edən çap materialları ilə tanış ola bilərlər. Bundan əlavə, sərgidə təmizləmə qurğularının quraşdırılmasından, neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılmasından, quru ərazilərdə torpaqların münbitləşdirilməsindən, Xəzər dənizinin sahil sularının, canlı aləminin mühafizəsindən, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından bəhs edən kitablar, jurnallar və digər materiallar da yer alıb.
Sərgi ilin sonunadək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















