Icma.az
close
up
RU
COP29 Yaşıl gələcəyi birlikdə quraq

COP29 Yaşıl gələcəyi birlikdə quraq

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu fikirləri TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib. O bildirib ki, baş verən qlobal istiləşmə və onun yaratdığı böyük fəsadlar dünya ictimaiyyətində ən çox müzakirə edilən məsələlərə çevrildi.
“Bizdən öncəki nəsillərin həyatında sadəcə bir dəfə baş vermiş ekstremal iqlim dəyişmələri günümüzdə daha çox rast gəlinir. Qütblərdən tropiklərə qədər baş verən bu dəyişiklik bütün ekosistemi pozmaqla ciddi problemlərə yol açır. Hətta cüzi temperatur dəyişikliyi ətraf mühitdə dramatik istilik dalğaları yaradaraq quraqlıq, daşqınlar və meşə yanğınlarına səbəb olmaqla böyük fəsadlar törədə bilər. Bu, dünyamızın üzləşdiyi elə bir problemdir ki, yalnız insan irqini deyil, bizi əhatə edən təbiəti, flora və faunanı təhdid edir. Bir çox canlı növlərinin biomüxtəliflik böhranından əziyyət çəkdiyi bir zamanda iqlim dəyişmələri bu böhranı daha da şiddətləndirir. İqlim dəyişmələrinin törətdiyi nəticələr təbiətin oturuşmuş balansını pozaraq, canlıların ənənəvi yaşam tərzinə mənfi təsirini göstərir”, - deyə o bildirib.
Baş katibin sözlərinə görə, dünyada ümumi temperaturun artması buzlaqların əriməsinə, okeanlarda su səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu çərçivədə, ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha həssasdırlar:
“Su səviyyəsinin yüksəlməsi hazırda dünya xəritəsində gördüyümüz, qlobal ictimaiyyətin üzvü olan bir sıra ada dövlətlərin mövcudluğuna təhdid yaradaraq, onların tarixə qovuşmasına səbəb ola bilər. Qidamızı necə əldə etdiyimizdən tutmuş iqtisadiyyatımızın əsaslandığı sənayelərə qədər bizim həyat tərzimiz nisbətən sabit iqlim kontekstində inkişaf etmişdir. Baş verən bu ekoloji böhran bu bünövrəni sarsıdaraq cəmiyyətin quruluşunu dəyişdirəcəyini vəd edir. Dünya bizim ortaq evimizdir və yalnız bizim birgə səylərimiz onu xilas edə bilər. İqlim dəyişmələrinin qlobal miqyası və transsərhəd xarakteri bu çağırışların öhdəsindən gəlmək üçün qlobal səyləri zəruri edir. Qlobal ictimaiyyət daha təhlükəsiz, dayanıqlı və ədalətli yola doğru kollektiv addımlar atmaqla dünyamızı qoruya bilər. Atılacaq bu addımlar planetimiz üçün geri dönülməz nəticələrin qarşısını alaraq, onu xilas etmək deməkdir”.
Mehmet Süreyya Er bildirib ki, bu ümumbəşəri problemi həll etmək üçün 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparmaq üçün “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” imzalanıb. Çərçivə konvensiyasının əsas məqsədi atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen müdaxiləsinin qarşısını alacaq səviyyədə stabilləşməsidir.
“1997-ci ildə Yaponiyada imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu, 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olunmuşdur. 2022-ci ilə qədər Konvensiyanın 198 tərəfdarı var idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır. Çox təqdirəlayiqdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) qurucu üzvlərindən olan Azərbaycanın ev sahibliyində keçirilir. Bu hadisə ilə əlaqədar bütün dünyanın gözü Azərbaycanda olacaqdır. COP29-un Azərbaycanda keçirilməsi yalnız qardaş Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətli nailliyyətdir. Hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi böyük etimadın təzahürü, Azərbaycanın qlobal problemlərin həllində göstərdiyi fəal səylərə verilən dəyərdir. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təbii ki, ətraf mühitə və ekoloji problemlərin həllinə verilən önəmin daha bir göstəricisidir”, - deyə Mehmet Süreyya Er vurğulayıb.
Baş katibin sözlərinə görə, bir çox dövlətlər üçün Tərəflər Konfransında iştirak etmək əməkdaşlıq və təcrübə mübadiləsi imkanıdır ki, bu da onlara iqlim dəyişmələrinin təsirləri ilə, xüsusən də ona daha çox məruz qalan bölgələrdə daha sürətli və effektiv mübarizə aparmağa imkan verir. Bu münasibətlə Azərbaycanda dünyanın dövlət və hökumət başçıları, Tərəflər Konfransının nümayəndə heyətləri, Birləşmiş Millətlər Təşkilatının və əlaqədar təşkilatların rəhbərləri və ixtisaslaşmış qurumlar, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının rəhbərləri, dünya mediası və gənclər də daxil olmaqla, iqlim gündəliyinin geniş aktorlar dairəsi bir araya gələcəkdir:
“Beləliklə, iqlim dəyişmələri və onun nəticələri müxtəlif aspektlərdən müzakirə ediləcəkdir. Bakıda baş tutacaq BMT-nin İqlim Sammitinə sədrlik edəcək Azərbaycan iqlim dəyişmələrinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma rolunu oynayacaqdır. Əlbəttə, ali qanunverici orqanlar kimi parlamentlərin ekoloji problemlərə qarşı mübarizədə özünəməxsus yeri və rolu var. Türk əməkdaşlığının parlament ölçüsü, Türk dünyası parlamentlərinin ortaq səsi olaraq TÜRKPA öz gündəliyində ekoloji problemlərə geniş yer verərək, parlament diplomatiyasının gücündən və imkanlarından faydalanmaqla bu bəşəri əhəmiyyət kəsb edən məsələlərin həllində töhfəsini verməyə səy göstərir. 2024-cü ilin iyununda Bakıda baş tutmuş TÜRKPA-nın 13-cü Plenar İclası yaşıl gündəliyə həsr edilməsi ilə əlamətdar oldu. Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda keçirilmiş Plenar İclas zamanı regionda baş verən ekoloji proseslər və türk dünyasının yaşıl gündəliyi müzakirə edildi. Bu baxımdan, TÜRKPA-nın 13-cü Plenar İclası iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal səylərə fəal qoşulan ölkələr olaraq türk dövlətləri üçün bu sahədə mütərəqqi və gələcək yönümlü ideya mübadiləsi platforması kimi xidmət etmişdir. İqlim dəyişmələri tam proqnozlaşdıra bilməyəcəyimiz saysız ekoloji dəyişikliklər yaratmaqda davam edir. Bu dəyişikliklər bütün dövlətlərə, cəmiyyətlərə, hər birimizə təsir göstərir. Qlobal birliyin birgə hərəkət edərək həll edə bilməyəcəyi bir problem mövcud deyil. Bu mənada kollektiv səylər iqlim dəyişmələrinə qarşı mübarizədə ən effektiv vasitə kimi planetimizin təbii və ahəngdar sistemini qoruyub saxlayacaqdır.
Hər bir dövrün həmin dövrə xas ortaq qlobal vəzifələri olur. Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri iqlim dəyişmələrinin ekoloji tarazlığa vurduğu zərbələrin qarşısını almaq, iqlim dəyişmələrinə səbəb olan amilləri aradan qaldırmaq və gələcək nəsillərə sağlam ətraf mühit ötürməkdir. Bu, həm bizim gələcək nəsillər qarşısında vəzifəmiz, həm də onlara verə biləcəyimiz ən qiymətli sərvətdir.
Bu baxımdan, dünyada artan siyasi gərginlik, mürəkkəb geosiyasi proseslər və digər çağırışlar fonunda iqlim dəyişmələri qlobal gündəlikdə arxa plana keçməməlidir. Bu, birbaşa bizim həyatımız və gələcək mövcudluğumuz ilə bağlı məsələdir. Böyük siyasi iradənin birləşməsi bizə qoyulan hədəflərə çatmağa kömək edə bilər. Biz təbiətlə sülh bağlamaqla dünyanı xilas edə bilərik. Bu gün planetimizin bu həmrəyliyə ehtiyacı var.
Yaşıl dünya naminə həmrəy olaq, yaşıl gələcəyi birlikdə quraq! ”.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see364

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see287

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see224

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see207

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see206

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see180

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see171

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see170

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see161

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see160

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see160

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see154

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see150

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see147

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri