Icma.az
close
up
RU
COP29a ev sahibliyi bütün dövlətlərin razılığı ilə qazanılıb

COP29a ev sahibliyi bütün dövlətlərin razılığı ilə qazanılıb

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“COP hərəkatı, iqlim dəyişiklikləri 1995-ci ildən başlayaraq qlobal bir prosesə çevrildi. İlk olaraq Almaniyadan dövlətlər üzərlərinə müxtəlif öhdəliklər, hədəflər götürməklə, o cümlədən bunun maliyyə əsaslarını yaratmaqla həqiqətən də dünya ekosistemini qoruyub saxlamaq və Yer planetini hifz etməyi qət etdilər”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Deputat, “Elə o dövrün özündə Almaniyada dağ-mədən sənayesi, kimya sektorunun 100 minlərlə insanı küçə və meydanlara çıxıb nələrəsə etiraz edirdilər ki, temperaturun aşağı salınması, istiləşmənin qarşısının alınması prosesləri, yaşıl və bərpa olunan enerjiyə keçid addımları həmin qeyd etdiyimiz sferaları işsiz qoyacaq, bu insanların sosial həyatını çətinləşdirəcək və s. Elə başlanğıc nöqtədə iqlim diplomatiyasına, hədəflərinə, ambisiyalarına münasibətdə çox müxtəlif reaksiyalar vardı” deyə əlavə edib.

O, hazırkı rəqəmlərin çox vahiməli olduğunu dilə gətirib: “37,55 qiqaton miqdarında karbon oksidi atmosferə atılır və onun içərisində Çin 12 milyard kub metrdən artıq karbon qazlarının emissiyasında rol oynayır. 5 milyard kub metrdən artıq olmaqla ABŞ ikinci yerdədir. Hindistan, Rusiya və Yaponiya da dediyimiz bu beşliyə daxil olur. Belə olan təqdirdə Azərbaycan artıq sayca 29-cu olan bu qlobal sammitin keçirilməsinə ev sahibliyini bütün dövlətlərin razılığı ilə qazanıb. Amma təəssüflər olsun ki, bunun ətrafında böyük bir qismi Azərbaycanda neft emal olunmasını “əsas göstərib” çox amansız şəkildə Yer planetinə və BMT-nin təşəbbüsü ilə başlayan bu hərəkata zərbə vurmaqdadırlar. Biz bunun paralelini eynən 30 il ərzində Qarabağ, ərazi bütövlüyümüz məsələlərində görmüşük”.

Z.Oruc vurğulayıb ki, faktiki olaraq beynəlxalq geosiyasətin, geosiyasi iqlimin daha da amansız, ağır olmağında iştirakçı dövlətlər, bu proseslərdə də eynən müxtəlif medianın, vətəndaş cəmiyyəti institutlarının və s. əli ilə baykotçu, təziqçi və fərqli bir gündəliyin formalaşdırılması yönündə addımlar atmaqdadırlar.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri