Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

COP29da aparıcı gömrük rəsmilərinin dialoqu olub AZƏRTAC

COP29da aparıcı gömrük rəsmilərinin dialoqu olub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 çərçivəsində noyabrın 20-də “Yaşıl gömrük – aparıcı gömrük rəsmilərinin dialoqu” mövzusunda beynəlxalq tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə gömrük orqanlarının rolunun artırılmasının və yaşıl iqtisadiyyata keçid üçün praktiki yanaşmaların müzakirəsinə həsr olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov rəhbərlik etdiyini qurumun iqlim dəyişikliyi ilə mübarizədə ətraf mühitin qorunması, ekoloji risklərin idarə olunması və beynəlxalq standartların tətbiqi üzrə davamlı islahatlar həyata keçirdiyini deyib. Bildirib ki, xüsusilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) bu sahədə beynəlxalq standartları inkişaf etdirərək qanuni ticarətin asanlaşdırılması, o cümlədən gömrük nəzarətinin tətbiqi üzrə mexanizmlərin işlənib hazırlanmasında vacib rola malikdir. Bu, üzv dövlətlərin səmərəli fəaliyyətinə əvəzsiz töhfə verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ÜGT-nin tullantıların, eləcə də ozon qatını dağıdan maddələrin qeyri-qanuni transsərhəd daşınması ilə mübarizə üzrə Birgə Gömrük Əməliyyatı olan DEMETER əməliyyatlarında iştirak edib.

Ümumdünya Gömrük Təşkilatının “Yaşıl gömrük” konsepsiyasının önəmindən bəhs edən Şahin Bağırov deyib: ”Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyəti və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir. Əsas məqsəd ekoloji cəhətdən həssas malların qanuni ticarətini asanlaşdırmaqla yanaşı, bu sahədə qeyri-qanuni ticarətin aşkar edilməsi və qarşısının alınmasıdır. Bu baxımdan gömrük xidmətləri olaraq bu mürəkkəb mühitə uyğunlaşmaq üçün əməliyyatlarımızı ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməliyik. “Yaşıl gömrük” konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşısına məqsəd qoyur. “Yaşıl gömrük” təşəbbüsü ilk növbədə bizdən gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir. Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə, həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını “Yaşıl gömrük” sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin edən və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yarada bilərik”.

Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov bildirib ki, bütün mövcud resurslardan istifadə edərək 2050-ci ilədək sıfır emissiyaya nail olmaq üçün mübarizə aparmalıyıq. Hazırda bu sahədə dünyanın müxtəlif yerlərində texnoloji irəliləyişlər var. E.Soltanov qeyd edib ki, COP29 sədrliyi olaraq biz birtərəfli hərəkətlərin əleyhinəyik. Çünki qərarlar kollektiv olduğu müddətdə sərhədlərarası şəffaflıq və effektivlik qorunacaq.

İştirakçılar “Yaşıl gömrük” proseslərinin reallaşdırılması istiqamətində aparılan tədbirlər planından bəhs edərək, xüsusilə təsnifat sisteminin kodlarına diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, artıq müzakirələr mərhələsindən çıxaraq konkret əməli addımlar atmağın vaxtıdır. Yaşıl gömrük təşəbbüslərinin praktikaya çevrilməsi zəruridir. Gömrük prosedurları ilə bağlı problemlərin həlli yolları axtarılmalı və gələcəkdə ticarətin asanlaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycanın bu sahədə sahib olduğu geniş təcrübə digər ölkələr üçün faydalı ola bilər.

Müzakirələrdə gömrük sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sərhəd-gömrük yoxlamalarının səmərəliliyinin artırılması üçün müxtəlif sahələrdən olan mütəxəssislərin iştirakı ilə əməkdaşlıq modelləri yaradılmalıdır. 2024-2027-ci illər üçün insan kapitalının inkişafına xüsusi önəm verilməsi, radioaktiv və kimyəvi maddələrin aşkarlanması üçün yüksək texnologiyaların tətbiqi vacib hesab edilib.

Tədbir iştirakçıları bu mövzuda məqsədyönlü müzakirələr aparılmasının və gələcəkdə əməkdaşlıq çərçivəsinin daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri