Icma.az
close
up
RU
“COP29da aparılan müzakirələr iqlim problemlərinin həllinə töhfə verəcək“

“COP29da aparılan müzakirələr iqlim problemlərinin həllinə töhfə verəcək“

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda COP29-un keçirilməsi çox mühüm hadisədir. Burada aparılan müzakirələr iqlim problemlərinin həllində həm dünyaya, həm də Azərbaycana töhfələr verəcək.

Sitat.info xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev deyib.

R.Əliyev bildirib ki, dövlətimizin başçısı tədbirin açılış mərasimində çıxışı zamanı bütün dünyaya səsləndi və mühüm mesajlar verdi.

Təşkilat rəhbəri vurğulayıb ki, tədbirdə 72 min insanın, o cümlədən 80 dövlət və hökumət başçısının iştirak etməsi ciddi məsələdir: "Bəllidir ki, dünyada iqlim problemlərinin çox ciddi fəsadları müşahidə olunur. Qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatına ciddi zərər verir, bu da nəticədə ərzaq qıtlığına yol açır. Eyni zamanda, dağıdıcı təbii fəlakətlər daha çox müşahidə olunur. Əlbəttə, bu problemlər qlobal xarakter daşıyır”.

R.Əliyev əlavə edib ki, Azərbaycan bəşəri problemlərə həmişə diqqətlə yanaşıb, sülh və ədalətin bərqərar olmasına öz töhfələrini verib: "Təsadüfi deyil ki, Azərbaycan müxtəlif qlobal tədbirlərə ev sahibliyi edib. Bu, Azərbaycanın xoşməramlı missiyasının göstəricisi olmaqla yanaşı, eyni zamanda, Azərbaycana olan etimadın təzahürüdür. Əlbəttə, Azərbaycan artıq dünyada nüfuzlu dövlətdir və ölkənin bu səviyyəyə yüksəlməsində onun liderinin müstəsna xidmətləri var. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, daha ciddi önəm daşıyan COP29 tədbiri ilə bağlı dünyanın diqqəti Azərbaycandadır. Bu isə Azərbaycanın nüfuzunun daha da artmasına, eyni zamanda, dünyanı təhdid edən iqlim problemlərinin həlli yollarında müsbət nəticələrə səbəb olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri