Icma.az
close
up
RU
COP29da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb AZƏRTAC

COP29da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşündə “İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli” adlı sonuncu sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilən sessiyada iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük tendensiyasına diqqət çəkilib. Parlamentlərin miqrasiya və məcburi köçkünlüyün əsas səbəblərini həll etmək və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyaları təşviq etmək imkanları müzakirə olunub.

Sessiyada çıxış edənlər - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisi Ofisinin Baş siyasət məmuru xanım Mişel Yonetani, “Refugees International” təşkilatının qaçqın təqaüdçüsü xanım Ayoo Hellen, Tailand Nümayəndələr Palatasının üzvü xanım Sanivan Buaban iqlim dəyişikliyinin təsiri ilə əlaqəli miqrasiya və məcburi köçkünlük problemlərini müzakirə edərək müxtəlif aspektlərə toxunublar. Onlar xüsusilə məcburi köçkünlərin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər. İqlimin səbəb olduğu miqrasiya zamanı ən çox təsirlənən qadın və uşaqların vəziyyətinə diqqət çəkilib.

Çıxışlardan sonra sessiya interaktiv müzakirələrlə davam edib. Müzakirələrdə parlamentlərin iqlim dəyişikliyinin sosial təsirlərinə qarşı strategiyaları necə inkişaf etdirə biləcəyi barədə fikirlər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri