Icma.az
close
up
RU

COP29da Mədəni və Yaradıcılıq Yoluyla Karbon Azaltma: Beynəlxalq Ssenari adlı tədbir keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bu gün COP29 İqlim Konfransı çərçivəsində “Mədəni və Yaradıcılıq Yoluyla Karbon Azaltma: Beynəlxalq Ssenari” adlı beynəlxalq forum keçirilib.

APA xəbər verir ki, forumda beynəlxalq ekspertlər sahəyə dair tədqiqat layihələrini və ən yaxşı təcrübələri iştirakçılarla bölüşüblər, həmçinin Azərbaycanın bFuture Təşəbbüsü təqdim olunub. Tədbirin tərəfdaşları İtaliyanın “Fondazione Santagata for the Economics of Culture” təşkilatı və Azərbaycanın bFuture Təşəbbüsü olub.

Forumda çıxış edən UNESCO İcra Bürosunun rəhbəri Dorine Dubois mədəniyyətin iqlim fəaliyyətində unikal və əvəzolunmaz rol oynadığını vurğulayıb.

O, UNESCO-nun mədəni irs sahəsindəki fəaliyyətlərindən, Ümumdünya İrs Konvensiyası çərçivəsində qəbul edilən siyasət sənədindən bəhs edib. Onun sözlərinə görə, bu sənəd iqlim dəyişikliyinin mədəni və təbii irsə təsirinin qiymətləndirilməsi və risk idarəetmə planlarının hazırlanmasını əhatə edir.

Vurğulanıb ki, “Ağıllı istehlakçılıq” anlayışının təşviqi mühüm hədəflərdəndir. İnsanların istehlak vərdişlərinə, davranışlarına və özlərini kainatın bir hissəsi kimi hiss etmələrinə daha məsuliyyətli yanaşması vacibdir.

O, həmçinin “Mədəniyyət üçün İqlim” adlı yeni təşəbbüsün təqdim olunacağını qeyd edib. Bu, ötən il Dubayda COP28 çərçivəsində başladılan və “İqlim üçün Mədəniyyətə Əsaslanan Fəaliyyət Dostları Qrupu” adlanan təşəbbüsün davamıdır.

NOW Partners təşkilatının nümayəndəsi Daniel Povel çıxışında mədəniyyət və incəsənətin insanlığın bir hissəsi və davamlılığın vacib elementi olduğunu qeyd edib.

Povel əlavə edib ki, incəsənət və mədəniyyət insanın özünü ifadə etməsi ilə yanaşı, cəmiyyətin güzgüsü rolunu oynayır. Keçmişdən bu günə qədər sənətkarlar əsərləri ilə cəmiyyətin problemlərini və yaxşılaşma yollarını göstəriblər. O, həmçinin Azərbaycanın Qobustan qoruğunu xatırladaraq, orada eramızdan əvvəlki dövrə aid rəsmlərin və yazıların tapıldığını qeyd edib. "Bu, insanların özlərini ifadə etmək üçün yaradıcı yollar tapmağa çalışdıqlarını göstərir," – vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

Sahilə Cabbar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Noyabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri