Icma.az
close
up
RU
COP29da mediada yayımlanan xəbərlərin sayı...

COP29da mediada yayımlanan xəbərlərin sayı...

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 min-ə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

Publika.az xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib.

2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.

Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.

Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.

Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material - xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.

Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər.

Ümumilikdə, AzTV-də 1234, “Real” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Speys” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

Azərbaycan kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see213

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see188

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see179

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see175

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see174

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see171

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see171

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see170

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see169

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see169

Bu saatlarda çölə çıxmayın, təhlükə var! Əhalinin nəzərinə

14 İyun 2026 11:09see164

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see164

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see163

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see162

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see160

Oman sahillərində Hindistan gəmisi batıb

14 İyun 2026 19:22see153

“Şamaxı” ayrılığı açıqladı

14 İyun 2026 11:04see152

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 20:03see151

Zelenski Trampla görüşəcək

14 İyun 2026 22:48see149

10 saniyədə ən dadlı qarpızı tapmağın üsulu

14 İyun 2026 22:17see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri