Icma.az
close
up
RU
COP29da növbəti etiraz AKSİYASI

COP29da növbəti etiraz AKSİYASI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib.

Modern.az xəbər verir ki, aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub. Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarınının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.

Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib. Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər. Şüarlar arasında “Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”, “Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulan ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və “dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür” yer alıb.

Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələ ilə bağlı beynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin, müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər. İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.

Xatırladaq ki, bu, COP29 çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri