Icma.az
close
up
RU
COP29da PanAfrika İqlim Ədaləti Alyansı mətbuat konfransı keçirib

COP29da PanAfrika İqlim Ədaləti Alyansı mətbuat konfransı keçirib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində Pan-Afrika İqlim Ədaləti Alyansı mətbuat konfransı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə region dövlətlərinin qlobal iqlim gündəliyindəki rolunun artırılması, eləcə də ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata keçidin maliyyələşməsi, iqlim dəyişikliyinə uyğunlaşma və bu sahədə mövcud qeyri-bərabərliklə mübarizənin yolları müzakirə edilib.

İştirakçılar qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini vurğulayaraq, bu məqsədlə planetin həssas təbəqəyə aid əhalisinə dəstək verilməsinin vacibliyini önə çəkiblər. Tədbirdə, həmçinin irəli sürülən bütün təşəbbüslərə beynəlxalq arenada dəstək verilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

seeBaxış sayı:93
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri