Icma.az
close
up
RU
COP29da Qafqaz dağlarının dayanıqlılığı müzakirə edildi

COP29da Qafqaz dağlarının dayanıqlılığı müzakirə edildi

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

COP29 çərçivəsində "Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxışında ölkələrin və icmaların iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün uyğunlaşma həlləri hazırlamalı və tədbirlər həyata keçirməli olduğunu deyib. Nazir müavini bildirib ki, uğurlu uyğunlaşma təkcə hökumətlərdən deyil, həm də maraqlı tərəflərin, o cümlədən yerli icmaların, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların, dövlət və özəl sektorların, vətəndaş cəmiyyətinin və digər müvafiq subyektlərin fəal və davamlı cəlb edilməsindən, eləcə də biliyin səmərəli idarə edilməsindən asılıdır.

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görüldüyünü deyib.

Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi dağ ekosistemlərinin iqlim dəyişikliyindən ən çox zərər çəkən təbii ərazilər olduğunu vurğulayıb.

UNEP rəsmisi bildirib ki, ekosistem əsaslı yanaşmaları özündə birləşdirən milli adaptasiya planlarının hazırlanması bu risklərin azaldılmasında əsas rol oynaya bilər. Xüsusilə Qafqaz regionunda regional əməkdaşlığın əhəmiyyətini vurğulayan B. Pozzi qeyd edib ki, bu qlobal bir problemdir. “Dağ ekosistemlərinin zəifliklərini aradan qaldırmaq və davamlı icmalar yaratmaq üçün beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi həyati əhəmiyyət kəsb edir”, - deyə B. Pozzi əlavə edib.

Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova çıxışında iqlim dəyişikliyinə qarşı mübarizədə milli adaptasiya planlarının və regional yanaşmaların əhəmiyyətini vurğulayıb. "Milli fəaliyyətlər təkbaşına dağlıq regionlarımızı qorumaq üçün kifayət deyil. Biz səylərimizi birləşdirməli, dialoq, mübadilə və əməkdaşlıq üzərində qurulan həll yolları tapmalıyıq”, - deyə o, qeyd edib. Dinara Kemelova həmçinin Qırğızıstanın su təhlükəsizliyi, fəlakət risklərinin azaldılması və dağ ekosistemlərinin qorunması istiqamətində milli adaptasiya planlarını inkişaf etdirdiyini də bildirib:

“Birlikdə hərəkət edərək, dağlarımızın dayanıqlılığını təmin edə, insan və təbiət üçün vacib olan resursların qorunmasına nail ola bilərik. Gələcək əməkdaşlıqlar üçün dialoqu davam etdirmək və birgə iqlim risklərinin həlli üçün təşəbbüsləri dəstəkləmək istiqamətində səylərimizi əsirgəməyəcəyik”.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank iqlim dəyişikliyinin regional təsirlərini azaltmaq üçün milli fəaliyyət planlarının icrasının mühüm əhəmiyyət daşıdığını bildirib.

“Azərbaycanın milli fəaliyyət planını həyata keçirməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı dayanıqlılığı artırmaq baxımından çox vacib bir addımdır”, – deyə Varank qeyd edib.

Nazir müavini Aralıq dənizi hövzəsindəki iqlim problemlərindən də danışaraq bu məsələlərin qlobal əməkdaşlıq və birgə fəaliyyət tələb etdiyini vurğulayıb. O, iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin birgə səylərinin vacibliyini xüsusi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri