Icma.az
close
up
RU
COP29da Xəzər dənizi müzakirəsi

COP29da Xəzər dənizi müzakirəsi

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Xəzər dənizi regionu zəngin biomüxtəlifliyə və ekosistemə malik unikal təbii mühitidir. Bununla belə, həmin region son onilliklərdə ciddi ekoloji problemlərlə üzləşib. Xəzər dənizi regionunun üzləşdiyi əsas problemlərdən biri iqlim dəyişikliyi və onun təsirləridir. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyi və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir.

Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda yüksəksəviyyəli görüşdə deyib.

Nazir müavini bildirib ki, Xəzər dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, son illərdə isə illik azalma həyəcanverici - 20-30 santimetrə çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər görülməsini tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur.

Onun sözlərinə görə, UNEP tərəfindən bu yaxınlarda hazırlanmış “Xəzər dənizinin səviyyəsinin tərəddüdləri və iqlim dəyişiklikləri” hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin düşməsi arasında mürəkkəb əlaqəyə dair kritik fikirlər təqdim edir: "Onun əsas nəticələri arasında dəniz səviyyəsindəki dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq üçün əlaqələndirilmiş, transsərhəd tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasına kömək edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see273

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see240

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see240

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see231

Alimlər ölüm anında beynin nə etdiyini ilk dəfə qeydə aldı

19 İyul 2026 15:07see220

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see199

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see197

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see196

Trampın masasında şok sənəd GİZLİ DETALLAR KONKRET

20 İyul 2026 00:02see188

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see187

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see179

Azərbaycanlı sənətkarın əsərləri Türkiyədə nümayiş olunur

19 İyul 2026 20:21see178

Göyçə gölündə Qağayılar adası VİDEO

19 İyul 2026 19:44see173

Dünya çempionatı: Final oyununda ikinci hissə başladı

20 İyul 2026 00:29see172

“Yuventus” Kini satdı

20 İyul 2026 00:29see171

Şuşada bədii musiqili kompozisiya nümayiş olunub

19 İyul 2026 20:37see170

Bakıda mağazada qadını döyən saxlanıldı

19 İyul 2026 13:38see166

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see164

Üzüm yarpağının suyu niyə daşır?

20 İyul 2026 00:23see163

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri