Icma.az
close
up
RU
COP29da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası keçirilib

COP29da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası keçirilib

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçirilməkdə olan COP29 beynəlxalq iqlim konfransı çərçivəsində COP29 Mavi Zona ilə yanaşı COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bildiyi dinamik platforma Yaşıl Zonada da silsilə tədbirlər davam edir. Noyabrın 18-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Sinerji tərəfdaşı “NEQSOL Holding” tərəfindən birgə panel sessiyası keçirilib.

Aznews.az xəbər verir ki, “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində dayanıqlı, aşağı karbonlu gələcəyin qurulmasında insan kapitalının, xüsusilə də uşaqların və gənclərin rolu müzakirə olunub. KPMG-nin Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri Avri Constonun moderatorluğu ilə baş tutan panel müzakirəsində Finlandiyanın 11-ci prezidenti (2000-2012) Tarja Kaarina Halonen, İnkişaf və Diplomatiya İnstitutunun (İDİ) direktoru, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlim dəyişmələri ilə bağlı regional məsləhətçisi Maria Osbek və “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.
Çıxış edən panel iştirakçıları bildiriblər ki, iqlim dəyişikliyi ilə indiyə qədər qeydə alınmamış çətinliklər və problemlər meydana çıxdığı üçün innovativ həllərin irəli sürülməsi və dayanıqlı iqtisadiyyatların dəstəklənməsi naminə gələcək nəslin lazımi bilik və bacarıqlara, ekoloji düşüncə tərzinə yiyələnməsi vacibdir. Qeyd olunub ki, təhsilə və potensialın yaradılmasına diqqət yetirməklə gəncləri dayanıqlı gələcəyə töhfə vermək və yaşıl inkişafa keçid prosesində liderliyə hazırlamaq mümkündür.
Panelistlər yaşıl bacarıqların təşviqi, yaşıl iqtisadiyyatların yaradılması və dayanıqlı, inklüziv insan kapitalının artırılması üçün hökumətlər, təşkilatlar və özəl sektor arasında əməkdaşlığı təşviq etmək strategiyalarını müzakirə ediblər.
“NEQSOL Holding” ilə birgə COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkil etdiyi bu tədbirlə yanaşı, COP29 Yaşıl Zonada gün ərzində digər yerli, xarici şirkət və qurumların təşkilatçılığı ilə də müxtəlif tədbirlər baş tutub. Bu tədbirlərdə ali təhsil müəssisələrində dayanıqlılığın təşviqi strategiyaları, iqlim dəyişmələrinin insan kapitalına təsiri, ekoloji cəhətdən dayanıqlı iş yerlərinin yaradılması, iqlim problemlərinin həlli üzrə maliyyə institutları və real sektor şirkətləri arasında təcrübə mübadiləsi, iqlim dəyişmələrinin psixi və fiziki sağlamlığa təsirləri kimi mövzular ətrafında fikir mübadilələri aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Noyabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see138

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see137

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see132

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see131

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see129

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see124

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see123

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see122

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see122

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see122

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see117

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see115

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri