Icma.az
close
up
RU
COP29la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir

COP29la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq noyabrın 11-22-də 57 sayda marşrutun hərəkət sxemi dəyişdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, “Nəriman Nərimanov” metrostansiyası olan 5 nömrəli və “Dərnəgül” metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi “28 May” NMM olacaq. 7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı “Azadlıq prospekti” metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası olacaq.

12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut “Azadlıq prospekti” və “Ulduz” metrostansiyalarını əlaqələndirəcək. Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək. 4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, “Əhmədli” metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun “Xətai” stansiyası olacaq.

13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank), 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti, 70 nömrəli marşrut “AzərSu” Tikinti Xəstəxanasını “Neftçilər” metostansiyası, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək.

120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və “Həzi Aslanov” metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.

Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib. 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi “Koroğlu” metrostansiyasının cənub çıxışı (“Piramida” tərəf) olacaq. 62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi, 93 nömrəli marşrut “Dərnəgül” metrostansiyasını Sabunçu qəsəbəsi, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək. 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəli və Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.

Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40 və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.

140 nömrəli marşrut Şüvəlan qəsəbəsini “Əhmədli” metrostansiyası, 160 nömrəli marşrut isə Binə qəsəbəsini “Həzi Aslanov” metrostansiyası ilə əlaqələndirəcək. Hər iki marşrut üzrə avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.

Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi "8-ci km" bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək. 3 nömrəli marşrut “Dərnəgül” metrostansiyasını Badamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobusların qəsəbədən metrostansiya istiqamətində hərəkəti Badamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdənov qardaşları və A.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasov küçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək. 15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.

Sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.(azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri