COP29un hindistanlı iştirakçısı: Hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox problem var AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Hindistan hal-hazırda su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır. Suya qənaətlə bağlı çoxlu tədbirlər görülür, xüsusən torpağın keyfiyyətinin artırılması suyun saxlanması üçün görülən əsas tədbirlərdəndir. Bio-kömür də bu tədbirlərə daxildir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı COP29-un hindistanlı iştirakçısı Archana Ramesh Pai deyib.
O vurğulayıb ki, hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox problem var.
“Bunlardan biri, iqlim dəyişikliyi məlumatları olmayan insanlara bu informasiyaları verərək iqlim dəyişikliyinin təhlükələrini çatdırmaqdır. Bu, indiki ən böyük çağırışdır. Hindistanda bütün icmalar bununla bağlı birgə hərəkət edir”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















