Icma.az
close
up
RU
COP29un keçirildiyi iki həftə ərzində Azərbaycanın ciddi şəkildə təbliğatı aparılacaq ŞƏRH

COP29un keçirildiyi iki həftə ərzində Azərbaycanın ciddi şəkildə təbliğatı aparılacaq ŞƏRH

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan növbəti bir il ərzində COP çərçivəsində prezidentliyini davam etdirəcək. Bu, təbii ki, Azərbaycanın müxtəlif ölkələrdə və platformalarda sözünü deməsinə və bu gündəliyi davam etdirməsinə şərait yaradacaq. COP29-dan gözləntilər çox böyükdür. Azərbaycanın qəbul etdiyi qərarlar isə olduqca mühümdür".

Bu sözləri "Operativ Media"ya açqlamasında deputat Razi Nurullayev deyib.

"COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdi. Lakin COP28-də istənilən nəticələr əldə olunmamışdı. Amma deyə bilərik ki, ölkəmizdə keçirilən COP29-da bir neçə ciddi nəticə əldə edilməyə başlanılıb. Bu, doğrudan da böyük nailiyyətdir. Çünki Azərbaycanda COP29-un keçirilməsini istəməyən, gözü götürməyən ölkələr də vardı. Həmin ölkələr müxtəlif üsullardan və bəyanatlardan mənfi təsirlər yaratmaq üçün istifadə edirdilər. Azərbaycanda keçirilən COP29-da heç bir nəticənin əldə edilməməsini istəyən dövlətlər mövcuddur.

Amma artıq COP29-un 5-ci günüdür. Bu beş gün ərzində bir çox mühüm qərarlar və anlaşmalar imzalanıb, müsbət nəticələr əldə edilib. Azərbaycana 70 mindən çox qonaq gəlib.

Azərbaycana bu qədər xarici qonağın gəlməsi, eyni zamanda, ölkəmizin gələcəkdə turizm sahəsində inkişafına da müsbət təsir göstərəcək.

COP29-un keçirildiyi iki həftə ərzində Azərbaycanın ciddi şəkildə təbliğatı aparılacaq. Hazırda bütün dünyada Azərbaycanın təbliğatı gedir. Azərbaycanın mədəniyyəti, insanları və siyasəti bütün dünyaya təqdim olunur. Bu isə ölkəmiz üçün olduqca müsbət bir haldır.

COP29 ilə bağlı minlərlə video çəkilib və sosial şəbəkələrdə paylaşılır. Azərbaycan milyardlarla vəsait xərcləsəydi belə, bu səviyyədə təbliğatını apara bilməzdi. Bu baxımdan COP29 dövlətimiz üçün çox böyük bir tədbirdir. Mən həm Azərbaycan prezidentini, həm də xalqımızı bu uğurlu tədbir münasibətilə təbrik edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 15 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri