Icma.az
close
up
RU
COP29un Mavi və Yaşıl zonaları Smart Exponun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır Xəbər saytı Son xəbərlər və Hadisələr

COP29un Mavi və Yaşıl zonaları Smart Exponun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

11-22 noyabr tarixlərində Azərbaycan BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) evsahibliyi edir. 198 tərəfi birləşdirən Konvensiyanın əsas qərarverici orqanı olan Tərəflərin Konfransı (COP) üçün ötən üç gün ərzində Bakıya BMT-nin Baş katibi Antoni Quterreşlə yanaşı, 80-ə yaxın ölkənin dövlət və hökumət başçısı gəlib.

12-13 noyabrda Liderlər Sammiti çərçivəsində dünya liderlər iqlim dəyişmələrinin qarşısının alınması və dəymiş ziyanın aradan qaldırılması istiqamətində müzakirələr apararaq təkliflər səsləndiriblər. Həmçinin kiçik ada dövlətlərinə yardım göstərmək və Paris Sazişinin tələbi olan karbon qazının miqdarını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi istiqamətlər üzrə birgə səy üçün çağırışlar edilib.

Bütövlükdə, bütün tərəflərin və dünyanın COP29-dan gözləntisi iqlim fəaliyyəti sahəsində ambisiyiaların həyata keçirilməsini təmin edəcək yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə iqlim maliyyəsi probleminin aradan qaldırılmasıdır. Bununla yanaşı, tənzimlənən karbon bazarlarının formalaşdırılması istiqamətində qərarın qəbul edilməsi də prioritet məsələlər sırasındadır. Bunları nəzərə alaraq COP29 Sədrliyi qarşıya qoyulan bütün hədəflərə çatmaq və tədbirin uğuruna töhfə vermək üçün ötən dövr ərzində "İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu", "Bakı Qlobal İqlim Şəffaflığı Platforması", "COP Atəşkəs çağırışı" daxil olmaqla 14 təşəbbüslə çıxış edib.

Bu hazırlıqların nəticələrini əldə etmək üçün isə BMT-nin nəzarətində olan Mavi Zonada rəsmi danışıqlar davam etməkdədir. Burada növbəti günlər üçün enerji, elm, texnologiya və innovasiya, səhiyyə, təhsil, kənd təsərrüfatı, turizm, təbiət, biomüxtəliflik kimi bir çox mövzulara həsr edilən müzakirələr nəzərdə tutulub. Ancaq Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən, yaşıl keçidi, texnoloji həlləri və qlobal əməkdaşlığı özündə ehtiva edən Yaşıl Zona da silsilə tədbirlərin keçirildiyi məkandır. Burada konfrans otaqları ilə yanaşı, müxtəlif ölkələrin pavilyonları, qurumların stendləri ictimaiyyətə təqdim edilir.

Bu stendlərin hazırlanmasını həyata keçirən şirkətlər sırasında "Smart Expo" MMC də yer almaqdadır. İSO 45001 "Əməyin təhlükəsizliyi İdarəetmə sistemi" və İSO 9001 "Keyfiyyət İdarətemə Standartları" üzrə beynəxalq sertifikatlara sahib şirkət 2009-cu ildən bəri ən innovativ sərgi stendləri qurucusu və təchizatçısıdır. Lakin qurumun fəaliyyəti ölkə hüdudları ilə məhdudlaşmır. Beynəlxalq sərgilər üzrə böyük təcrübəyə malik olan "Smart Expo" MMC Türkiyə, Rusiya, Almaniya və dünyanın digər yerlərində də xidmət göstərən komandaya sahibdir. Şirkətin xüsusi layihələrin idarə edilməsi komandası müştərilər üçün xüsusi layihə meneceri təyin edir ki, həmin menecer istəyə uyğun hazırlanmış layihənin həyata keçirilmə prosesi ərzində görülən işlərdən qarşı tərəfin tam məlumatlı olmasını təmin edir.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri