Icma.az
close
up
RU
COP29un Mavi və Yaşıl zonaları “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır AZƏRTAC

COP29un Mavi və Yaşıl zonaları “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

11-22 noyabr tarixlərində Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. 198 tərəfi birləşdirən Konvensiyanın əsas qərarverici orqanı olan Tərəflər Konfransı (COP) üçün ötən üç gün ərzində Bakıya BMT-nin Baş katibi Antonio Quterreşlə yanaşı, 80-ə yaxın ölkənin dövlət və hökumət başçısı gəlib.

12-13 noyabrda Liderlər Sammiti çərçivəsində dünya liderləri iqlim dəyişmələrinin qarşısının alınması və dəymiş ziyanın aradan qaldırılması istiqamətində müzakirələr apararaq təkliflər səsləndiriblər. Həmçinin kiçik ada dövlətlərinə yardım göstərmək və Paris Sazişinin tələbi olan karbon qazının miqdarını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi istiqamətlər üzrə birgə səy üçün çağırışlar edilib.

Bütövlükdə, bütün tərəflərin və dünyanın COP29-dan gözləntisi iqlim fəaliyyəti sahəsində ambisiyaların həyata keçirilməsini təmin edəcək yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə iqlim maliyyəsi probleminin aradan qaldırılmasıdır. Bununla yanaşı, tənzimlənən karbon bazarlarının formalaşdırılması istiqamətində qərarın qəbul edilməsi də prioritet məsələlər sırasındadır. Bunları nəzərə alaraq COP29 Sədrliyi qarşıya qoyulan bütün hədəflərə çatmaq və tədbirin uğuruna töhfə vermək üçün ötən dövr ərzində “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu”, “Bakı Qlobal İqlim Şəffaflığı Platforması”, “COP Atəşkəs çağırışı” daxil olmaqla 14 təşəbbüslə çıxış edib.

Bu hazırlıqların nəticələrini əldə etmək üçün isə BMT-nin nəzarətində olan Mavi Zonada rəsmi danışıqlar davam etməkdədir. Burada növbəti günlər üçün enerji, elm, texnologiya və innovasiya, səhiyyə, təhsil, kənd təsərrüfatı, turizm, təbiət, biomüxtəliflik kimi bir çox mövzulara həsr edilən müzakirələr nəzərdə tutulub. Ancaq Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən, yaşıl keçidi, texnoloji həlləri və qlobal əməkdaşlığı özündə ehtiva edən Yaşıl Zona da silsilə tədbirlərin keçirildiyi məkandır. Burada konfrans otaqları ilə yanaşı, müxtəlif ölkələrin pavilyonları, qurumların stendləri ictimaiyyətə təqdim edilir.

Bu stendlərin hazırlanmasını həyata keçirən şirkətlər sırasında “Smart Expo” MMC də yer almaqdadır. İSO 45001 “Əməyin təhlükəsizliyi İdarəetmə sistemi” və İSO 9001 “Keyfiyyət İdarəetmə Standartları” üzrə beynəlxalq sertifikatlara sahib şirkət 2009-cu ildən bəri ən innovativ sərgi stendləri qurucusu və təchizatçısıdır. Lakin qurumun fəaliyyəti ölkə hüdudları ilə məhdudlaşmır. Beynəlxalq sərgilər üzrə böyük təcrübəyə malik olan “Smart Expo” MMC Türkiyə, Rusiya, Almaniya və dünyanın digər yerlərində də xidmət göstərən komandaya sahibdir. Şirkətin xüsusi layihələrin idarə edilməsi komandası müştərilər üçün xüsusi layihə meneceri təyin edir ki, həmin menecer istəyə uyğun hazırlanmış layihənin həyata keçirilmə prosesi ərzində görülən işlərdən qarşı tərəfin tam məlumatlı olmasını təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri