Icma.az
close
up
RU
COP29un yaratdığı unikal FÜRSƏT Bakı sakinləri evlərini kirayəyə verir QİYMƏTLƏR

COP29un yaratdığı unikal FÜRSƏT Bakı sakinləri evlərini kirayəyə verir QİYMƏTLƏR

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda kirayə qiymətlərində dəyişiklik müşahidə edilir. Artım COP29 tədbirinə görə Bakıya turist axını ilə əlaqələndirilir. Qeyd edək ki, tədbir üçün 196 ölkədən 72 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Turkustan.az-ın məlumatına görə, on minlərlə tursitin ölkəmizə gəlməsinə səbəb olan COP29 paytaxt sakinləri üçün unikal fürsət yaradıb. Belə ki, Bakıda yaşayan bəzi vətəndaşlar evlərini turistlərə kirayə veriblər. Özləri isə bir neçə həftəlik rayonda yaşayırlar.

"İctimai TV"yə danışan turistlər Bakıda olmaqdan məmun olduqlarını bildiriblər. Londonda yaşayan çinli turist Bakıda yerləşən yaşayış kompleksində qaldığını deyib. O, qaldığı evin bir gecəsinə 130 dollar verdiyini bildirib.

COP29-da iştirak etməkdən məmun olduğunu bildirən Kosta Rikalı turist isə Bakının şəhərətrafı ərazisində gecəsi 500 dollara qaldığını qeyd edib. Britaniyalı iştirakçı isə metronun yaxınlığıda yerləşən binada gecəsi 65 funtsterlinqə qalır.

Riletor Vəfadar Axundovun sözlərinə görə, bəzi sakinlər evlərini 10-15 günlük kirayə vermək üçün müraciət ediblər. Onlar kirayə üçün yüksək qiymətlər təklif edirlər.

Kirayə qiymətləri artıq mənzilin yerinə, otaq sayına görə yox, bəzi hallarda yataq sayına görə də dəyişir. Turistlər daha çox şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən yeni tikililərdə kirayə qalmağa üstünlük verirlər. Kanalda yayımlanan reportajda deyilir ki, qiymət dəyişikliyi Nəsimi, Səbail və Yasamal rayonlarında qeydə alınıb.

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, normalda Bakıda mənzillərin günlük kirayə qiymətləri 50-200 manat arasında dəyişir. Ancaq turist axını ilə əlaqədar paytaxtda hazırda günlük kirayə qiymətləri 200 manatdan başlayır və 700-800 manatadək davam edir. Mərkəz ərazilərdə yerləşən villa tipli mənzillərdə isə günlük kirayələr 1500 manatdan başlayır. 2-3 min manatadək mənzil təklif edənlər də var.

Bakı ətrafında yerləşən bağ evlərində də qiymət dəyişikliyi var. Yay aylarında günlük 300 manata təklif edilən indi 2000 manata kirayəyə verilir.

Turizm bölgələrində də qiymət artımı müşahidə edilir. Rayonlarda günlük kirayə qiymətləri əvvəllər 50 manatdan başlayırdısa, hazırda 150 manata təklif edilir. İstirahət zonalarında günlük kirayə evlərin qiyməti 600-700 manatdək dəyişir. Ekspertlər günlük evlərin belə qiymətinin müvəqqəti olduğunu düşünür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri