Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasında İqlim ədaləti və bərabərlik mövzusunda panel sessiyası keçirildi

COP29un Yaşıl Zonasında İqlim ədaləti və bərabərlik mövzusunda panel sessiyası keçirildi

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda keçirilməkdə olan COP29 konfransının üçüncü günündə Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan "Rhenus" şirkəti tərəfindən birgə panel sessiya təşkil edilib.

Sfera.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, "İqlim ədaləti və bərabərlik" mövzusunda sessiyada iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb. Tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, Kiçik Ada Dövlətləri Alyansının sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes, "Rhenus Group"un idarə heyətinin layihələr üzrə rəhbəri Aleksandra Oqneva, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) nəzdində II İşçi Qrupunun sədr müavini Adel Tomas və CGIAR-ın icraçı direktoru İsmahane Elouafi iştirak edib. Panel çərçivəsində iqlim dəyişmələrinin aşağı gəlirli icmalar, köklü qruplar, qadınlar və gənclər kimi həssas əhali qruplarına qeyri-mütənasib təsirləri, eləcə də ədalətli və əhatəli iqlim siyasətinə olan təcili ehtiyac ətrafında müzakirələr yer alıb. Sessiyada həmçinin həssas gender yanaşmaları, gənclərin rəhbərliyi ilə icra olunan iqlim ədaləti həlləri və bərabərhüquqlu siyasətlərin uğurlu nümunələri vurğulanıb.

Həmçinin 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin proqramı üzrə Yaşıl Zonada təşkil etdiyi panel sessiyası ilə yanaşı burada bir sıra müxtəlif auditoriyaları və sahələri əhatə edən tədbir və aktivliklər yer alıb. İqlim dəyişmələrinin qarşısının alınmasında okeanların həlledici gücü, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişmələri ilə qeyri-proporsional dərəcədə təsirlənən sahil bölgələrinin qorunması üçün icma əsaslı strategiyaların hazırlanması, dekarbonizasiya strategiyaları ətrafında müzakirə və sessiyalar baş tutub. Eyni zamanda, paralel olaraq Yaşıl Zonanın "Extreme Hangout" dinamik ərazisində yoqa sessiyası, film nümayişi və musiqi sessiyası baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Noyabr 2024 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see194

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see122

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see121

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see119

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri