Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib

COP29un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilməkdə olan COP29 konfransının üçüncü günündə Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir.
Bizim.Media xəbər verir ki, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan “Rhenus” şirkəti tərəfindən birgə panel sessiya təşkil edilib.
“İqlim ədaləti və bərabərlik” mövzusunda sessiyada iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb.
Tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, Kiçik Ada Dövlətləri Alyansının sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes, “Rhenus Group”un idarə heyətinin layihələr üzrə rəhbəri Aleksandra Oqneva, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) nəzdində II İşçi Qrupunun sədr müavini Adel Tomas və CGIAR-ın icraçı direktoru İsmahane Elouafi iştirak edib.
Panel çərçivəsində iqlim dəyişmələrinin aşağı gəlirli icmalar, köklü qruplar, qadınlar və gənclər kimi həssas əhali qruplarına qeyri-mütənasib təsirləri, eləcə də ədalətli və əhatəli iqlim siyasətinə olan təcili ehtiyac ətrafında müzakirələr yer alıb.
Sessiyada həmçinin həssas gender yanaşmaları, gənclərin rəhbərliyi ilə icra olunan iqlim ədaləti həlləri və bərabərhüquqlu siyasətlərin uğurlu nümunələri vurğulanıb.
Həmçinin, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin proqramı üzrə Yaşıl Zonada təşkil etdiyi panel sessiyası ilə yanaşı burada bir sıra müxtəlif auditoriyaları və sahələri əhatə edən tədbir və aktivliklər yer alıb.
 

İqlim dəyişmələrinin qarşısının alınmasında okeanların həlledici gücü, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişmələri ilə qeyri-proporsional dərəcədə təsirlənən sahil bölgələrinin qorunması üçün icma əsaslı strategiyaların hazırlanması, dekarbonizasiya strategiyaları ətrafında müzakirə və sessiyalar baş tutub.


Eyni zamanda, paralel olaraq Yaşıl Zonanın “Extreme Hangout” dinamik ərazisində yoqa sessiyası, film nümayişi və musiqi sessiyası baş tutub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri