Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

COP29un Yaşıl Zonasında “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilməkdə olan COP29 konfransının üçüncü günündə Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir.

13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan "Rhenus” şirkəti tərəfindən birgə panel sessiya təşkil edilib.

"İqlim ədaləti və bərabərlik” mövzusunda sessiyada iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb.

Tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, Kiçik Ada Dövlətləri Alyansının sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes, "Rhenus Group”un idarə heyətinin layihələr üzrə rəhbəri Aleksandra Oqneva, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) nəzdində II İşçi Qrupunun sədr müavini Adel Tomas və CGIAR-ın icraçı direktoru İsmahane Elouafi iştirak edib.

Panel çərçivəsində iqlim dəyişmələrinin aşağı gəlirli icmalar, köklü qruplar, qadınlar və gənclər kimi həssas əhali qruplarına qeyri-mütənasib təsirləri, eləcə də ədalətli və əhatəli iqlim siyasətinə olan təcili ehtiyac ətrafında müzakirələr yer alıb. Sessiyada həmçinin həssas gender yanaşmaları, gənclərin rəhbərliyi ilə icra olunan iqlim ədaləti həlləri və bərabərhüquqlu siyasətlərin uğurlu nümunələri vurğulanıb.

Həmçinin, 13 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin proqramı üzrə Yaşıl Zonada təşkil etdiyi panel sessiyası ilə yanaşı burada bir sıra müxtəlif auditoriyaları və sahələri əhatə edən tədbir və aktivliklər yer alıb. İqlim dəyişmələrinin qarşısının alınmasında okeanların həlledici gücü, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişmələri ilə qeyri-proporsional dərəcədə təsirlənən sahil bölgələrinin qorunması üçün icma əsaslı strategiyaların hazırlanması, dekarbonizasiya strategiyaları ətrafında müzakirə və sessiyalar baş tutub. Eyni zamanda, paralel olaraq Yaşıl Zonanın "Extreme Hangout” dinamik ərazisində yoqa sessiyası, film nümayişi və musiqi sessiyası baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 Noyabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see131

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see118

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri