Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

COP30 un ilk iki günü: Adaptasiya, şəhərlər, su təhlükəsizliyi və dövri iqtisadiyyat tədbirlərin əsas mövzusu olub

COP30 un ilk iki günü: Adaptasiya, şəhərlər, su təhlükəsizliyi və dövri iqtisadiyyat tədbirlərin əsas mövzusu olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Braziliyanın Belen şəhərində davam edən BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP30-un ilk iki günü adaptasiya, şəhərsalma, su təhlükəsizliyi, tullantıların idarə olunması və yerli idarəetmənin gücləndirilməsi kimi mövzulara həsr olunub. AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində çoxsaylı yeni təşəbbüslər təqdim olunub, ölkələr və beynəlxalq təşkilatlar arasında əməli fəaliyyət və maliyyə mexanizmlərinin gücləndirilməsi barədə razılaşmalar əldə edilib.

Şəhərlər iqlim gündəliyinin mərkəzində

Noyabrın 11-də keçirilən “Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər görüşü”ndə COP30-un Prezidenti, səfir Andre Korrea do Lago vurğulayıb ki, iqlim fəaliyyətinin əsas mərhələsi yerli səviyyədə başlayır və adaptasiya tədbirləri şəhərlərin dayanıqlılığını təmin etməyin açarıdır.

Görüşdə “Çoxtərəfli İdarəetmənin Sürətləndirilməsi Planı” (PAS) və Yüksək Ambisiyalı Çoxtərəfli Tərəfdaşlıq Koalisiyasının (CHAMP) yeni idarəetmə mexanizmi təqdim olunub. Yeni planın məqsədi 2028-ci ilədək 100 ölkənin milli iqlim planlarında (NDC-lərdə) yerli strukturların inteqrasiyasını təmin etmək və 6 min yerli məmuru iqlim idarəçiliyi üzrə təlimləndirməkdir. Koalisiyaya Braziliya və Almaniya həmsədr təyin olunub.

UN-Habitat tərəfindən təqdim edilən “Urban Content in NDC 3.0” adlı hesabatda qeyd olunub ki, yeni milli planlarda şəhərlərlə bağlı müddəalar iki dəfədən çox artıb. BMT-nin İqlim Fəaliyyəti üzrə baş katib köməkçisi Selvin Hart bildirib ki, “bu sənədlərin təxminən 80 faizi şəhərlərə və adaptasiya tədbirlərinə istinad edir. Bu da ölkələrin məsuliyyətli yanaşmasının göstəricisidir”. Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib.

“Beat the Heat” təşəbbüsü: 3,5 milyard insan üçün istilik risklərinə qarşı mübarizə

COP30-un ikinci günü BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə həyata keçirilən “Beat the Heat” İcra Sürətləndirmə Təşəbbüsü təqdim olunub. Layihə 185 şəhərdə 3,5 milyard insanı ekstremal istilikdən qorumaq, şəhərlərdə yaşıllaşdırma, təbii soyutma və enerjiyə qənaətli texnologiyaları yaymaq məqsədi daşıyır.

Su və adaptasiya: “Dəyişimin suları” nazirlər bəyanatı

COP30-da su resurslarının qorunması qlobal adaptasiya siyasətinin əsas elementi kimi önə çəkilib. “Su və İqlim Fəaliyyəti üzrə Nazirlər Görüşü – “Waters of Change” adlı sessiyada Birləşmiş Bəyanat qəbul edilib. Bəyanatda suyun iqlim siyasətində mərkəzi yer tutması, investisiyaların və idarəetmə mexanizmlərinin genişləndirilməsi vurğulanıb.

Eyni zamanda, Latın Amerikası və Karib hövzəsi üçün Su İnvestisiya Proqramı təqdim olunub. Bu təşəbbüs çərçivəsində 2030-cu ilədək 20 milyard ABŞ dolları məbləğində vəsait içməli su təhlükəsizliyi, suvarma sistemlərinin modernləşdirilməsi və daşqınlara qarşı dayanıqlılıq layihələrinə yönəldiləcək.

Binalar və tullantılar üzrə yeni standartlar

“GlobalABC” və Dünya Yaşıl Binalar Şurası tərəfindən “Near-Zero and Resilient Buildings” adlı yeni qlobal standartlar elan olunub. Altı ölkə – Kolumbiya, Fransa, Finlandiya, Qana, Yaponiya və Keniya – dövlət satınalmaları vasitəsilə dövri və davamlı binaların tətbiqini dəstəkləyib. Digər mühüm təşəbbüs – “No Organic Waste (NOW)” Planı – 2030-cu ilədək üzvi tullantılardan yaranan metan emissiyalarını 30 faiz azaltmağı, 1 milyon tullantı toplayıcısını dövri iqtisadiyyata inteqrasiya etməyi və ildə 20 milyon ton ərzaq tullantısının bərpasını nəzərdə tutur.

Rəqəmsal inklüzivlik və elektron tullantıların azaldılması

Braziliyanın Rabitə Nazirliyi və COP30 Rəhbərliyi tərəfindən keçirilən “Davamlı E-Tullantıların İdarəedilməsi və Rəqəmsal İnklüzivlik üzrə Mutirao” tədbiri çərçivəsində 2700 gənc təlimlərdə iştirak edib, 100 bərpaolunmuş kompüter icma mərkəzlərinə təqdim edilib və 1000 ton elektron tullantı toplanıb.

Fəaliyyətin yeni mərhələsi: “İcra COP-u”

COP30-un kommunikasiya komandasının açıqlamasına görə, bu il “Fəaliyyət Gündəliyi Tematik Məkanları” çərçivəsində 400-dən çox beynəlxalq təşəbbüs və 100-dən artıq sürətləndirmə planı təqdim olunacaq. Tədbirin ilk günündə, həmçinin COP29-un Yüksək Səviyyəli İqlim çempionu Nigar Arpadarainin inklüziv iqlim diplomatiyasına verdiyi töhfə xüsusi qeyd edilib.

COP30-un ikinci günü yekununda keçirilən Qlobal Mutirao Nazirlər Plenar Sessiyası 80-dən çox ölkənin nazir və merlərini bir araya gətirib. Toplantıda vurğulanıb ki, Paris Sazişinin gələcəyi yerli səviyyədə – şəhərlər, regionlar və icmalar tərəfindən qurulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri