COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Antalya, 17 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində okean və dənizlərin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub.
AZƏRTAC xəbər verir ki, sənəd okean əsaslı iqlim təşəbbüslərinin həyata keçirilməsini sürətləndirməyi, maliyyə imkanlarına çıxışı yaxşılaşdırmağı və ölkələr arasında əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Razılaşmada okeanların istiləşməsi, çirklənmə, dəniz səviyyəsinin yüksəlməsi və biomüxtəlifliyin azalmasının yaratdığı risklərə diqqət çəkilir. Bu problemlərin aradan qaldırılması üçün dəniz ekosistemlərinin qorunması, elmi tədqiqatların və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi vacibliyi vurğulanır.
Sənəddə, həmçinin 2030-cu ilədək sahilyanı və dəniz ərazilərinin azı 30 faizinin mühafizəsini nəzərdə tutan “30x30” təşəbbüsünə dəstək ifadə olunur. Razılaşma mövcud beynəlxalq təşəbbüslərin əlaqələndirilməsini və iqlim maliyyələşməsinə çıxışın asanlaşdırılmasını da nəzərdə tutur.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















