COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Antalya, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Türkiyənin Antalya şəhərində COP31 çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) İqlim, İnnovasiya, Yaşıl iqtisadiyyat və Ticarət üzrə Tərəfdaşlığı (CIGET) təşəbbüsünə dair birinci Nazirlər Görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyənin ticarət naziri Ömər Bolat CIGET-in Azərbaycanda keçirilən COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, yaşıl texnologiyaların tətbiqi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradıldığını xatırladıb.
Türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirən Ö.Bolat Türkiyənin TDT-də inteqrasiya proseslərinə tam dəstək verdiyini vurğulayıb. Nazir bildirib ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov öz növbəsində CIGET-in əsasının 2024-cü il noyabrın 14-də Bakıda qoyulduğunu qeyd edib.
“Təşəbbüsə qoşulan dövlətlər razılaşdı ki, Türk dünyası sadəcə iqlim çağırışına cavab verməməli, həm də onu innovasiya, investisiya və dayanıqlı inkişaf üçün fürsətə çevirməlidir. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə qəbul edilən Qəbələ Bəyannaməsi ilə dövlət başçıları CIGET-in fəaliyyətə başlamasını təmin etmək tapşırığını verdilər. Bu gün imzalanacaq “Antalya Nazirlər Bəyannaməsi” ilə biz məhz bunu – CIGET-in təsis mərhələsindən icra mərhələsinə keçidini təmin edirik”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, heç bir ölkə yaşıl keçid prosesinin öhdəsindən təkbaşına gələ bilməz: “Regionumuz iqlim dəyişikliyinə qarşı çox həssasdır. Su qıtlığı, quraqlıq və səhralaşma ortaq çağırışlardır; Mərkəzi Asiyanın bəzi hissələrində isə buzlaqların geri çəkilməsi əlavə narahatlıq doğurur. Azərbaycan üçün Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi xüsusi narahatlıq mənbəyidir. Aral dənizindəki ekoloji böhran və İssık-Kul gölünün ekosisteminin qorunması zərurəti də regional əməkdaşlığın və praktiki həll yollarının vacibliyini bir daha vurğulayır”.
Səfir bildirib ki, regionumuz, eyni zamanda, nəhəng bərpaolunan enerji potensialına malikdir: “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Asiya və Avropa arasında dayanıqlı əlaqəni dəstəkləyən mühüm ticarət və nəqliyyat marşrutudur. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən inkişaf etdirilən "yaşıl enerji dəhlizi" təmiz enerji əlaqələri sahəsində regional əməkdaşlığı dərinləşdirmək üçün imkanlar yaradır”.
R.Aslanov vurğulayıb ki, Azərbaycan üçün yaşıl inkişaf milli prioritetdir. "Biz 2030-cu ilə qədər ümumi quraşdırılmış elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını ən azı 30 faizə çatdırmağı hədəfləyirik; işğaldan azad edilmiş ərazilərimiz isə "Yaşıl Enerji Zonası" kimi inkişaf etdirilir”.
Nazirlər Görüşündə TDT-nin yeni baş katibi Mirvokhid Azimov, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın nümayəndələru çıxış ediblər.
Tədbir sonunda CIGET təşəbbüsünə dair “Antalya Nazirlər Bəyannaməsi”nin İmzalanma mərasimi keçirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















