Icma.az
close
up
RU
Corab satdığı deyilən qazi ilə bağlı daha bir açıqlama VİDEO

Corab satdığı deyilən qazi ilə bağlı daha bir açıqlama VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə qazi Vüqar Hüseynovun metro yaxınlığında corab satmasını iddia edən növbəti video yayılıb.

Görüntülərin “Neftçilər” stansiyasının yaxınlığında 141 saylı marşrutda qeydə alındığı deyilir. Qazinin xəstə övladının müalicəsinə görə pula ehtiyacı olduğu, məhz bu səbəbdən corab satdığı bildirilir.

İddialarla əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu 2022-ci ildən müharibə veteranı kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqaüdlə təmin olunur: “Ona müharibədə aldığı xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi edilib.

Onun əlilliyinin qiymətləndirilməsi üçün Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciətlərinin hər birinə baxılıb. Sağlamlığında əlillik əlamətləri olmadığına görə müvafiq qərar verilib və özünə bu barədə ətraflı məlumat verilib.

V.Hüseynovun məşğulluğunun təminatı məqsədilə də müvafiq iş aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində ona qoyunçuluq təsərrüfatının qurulması məqsədilə qeydiyyatı aparılıb. Bildirilib ki, heyvanları saxlamaq üçün müvafiq şəraiti quracağı halda proqram çərçivəsində ona təsərrüfat qurulacaq”.

Qeyd edək ki, Vüqar Hüseynovun daha əvvəl də əsa ilə metro çıxışında corab satmasını əks etdirən görüntülər yayılmışdı./Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 07:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri