Corab və ayaqqabı ilə edilən maraqlı test: Sağlamlıq və uzunömürlülüyünüzü yoxlayın
Icma.az, News24 portalına istinadən məlumat yayır.
Amerikalı fitnes məşqçisi Chris Hinshaw sosial mediada geniş yayılan "Yaşlı adam testi"ni təqdim edib. Bu məşq fiziki hazırlığı və balans hissini ölçmək üçün sadə, lakin təsirli üsuldur.
News24.az xəbər verir ki, test etmək olduqca sadədir. Corabınızı və idman ayaqqabınızı geyinərkən ayaq üstə duraraq tarazlığınızı qorumalısınız.
Belə ki, ayaq üstə dayanaraq əvvəlcə sağ ayağınızla tarazlığı saxlayın, sol ayağınıza corab və ayaqqabı geyinin, sonra ayaqqabının ipini bağlayın. Daha sonra ayaqları dəyişərək eyni hərəkəti təkrarlayın. Ayaqqabılarınızı geyinməyi bitirmədən ayağınız yerə toxunarsa, uğursuz olarsınız.
Tədqiqatlar göstərir ki, bu cür balans testləri yaşlı insanlarda ümumi sağlamlıq vəziyyətinin və uzunömürlülüyün göstəricisidir.
British Journal of Sports Medicine-in araşdırmasına görə, 10 saniyə tək ayaqda dayana bilməyənlərin ölüm riski növbəti on ildə iki dəfə artır. Balansınızı qorumaq və fitness səviyyənizi yüksəltmək üçün bu cür testlər əhəmiyyətlidir. e-saglam.az
Baxış sayı:79
Bu xəbər 04 Mart 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















