Çörək bahalaşıb? RƏSMİ CAVAB
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə, “baton” çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir.
Globalinfo.az xəbər verir ki, Baku TV səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb.
“Baton” çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb”, – alıcılardan biri belə deyib.
Satıcılardan biri isə bildirib: “Qiymət artımı yoxdur, nə zavod, nə də “baton” çörəyində”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Agentlik tərəfindən Bakı şəhəri və regionlarda əhalinin daha çox istehlak etdiyi dairəvi zavod çörəyi də daxil olmaqla 30-dan yuxarı çörək çeşidi üzrə monitorinqlər aparılıb:
“Aparılan monitorinqlər nəticəsində dairəvi zavod çörəyinin çəkisi və qiymətində, eləcə də digər çörək çeşidlərinin qiymətində hər hansı artım müşahidə edilməyib.
Qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Agentliyə təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər”.
Baxış sayı:69
Bu xəbər 12 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















