Icma.az
close
up
RU
COVID peyvəndləri gizli şəkildə immun sistemini xərçənglə mübarizəyə “hazırlayıb”

COVID peyvəndləri gizli şəkildə immun sistemini xərçənglə mübarizəyə “hazırlayıb”

Icma.az, Lent az saytına istinadən bildirir.

Peyvənd olunmuş xəstələrdə xərçəng zamanı sağ qalma beş dəfə yüksəkdir.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə. araşdırma göstərib ki, vaksinlər immun sistemini “təlimləndirir”. Əksər insanlar COVID-19 peyvəndlərinin virusun ağır formalarından qoruduğunu bilsə də, tədqiqatçılar daha önəmli ola biləcək yeni təsiri aşkar ediblər.

Florida Universitetinin yeni araşdırması mRNT əsaslı COVID-19 peyvəndləri (Moderna və ya Pfizer) ilə xərçəng xəstələrinin sağqalma göstəricilərinin artması arasında əlaqə olduğunu müəyyən edib.

Alimlər mərhum-mərhələ melanoması və ağciyər xərçəngi olan 1000-dən çox xəstənin klinik məlumatlarını təhlil ediblər. Bu xəstələr “kontrol nöqtəsi inhibitorları” adlanan immunoterapiya ilə müalicə olunub. Bu preparatlar immun sistemini xərçəng hüceyrələrini tanıyıb məhv etməyə “öyrədir”.

Nəticələr təsiredici olub

İmmunoterapiyaya başlandıqdan sonra 100 gün ərzində COVID-19 mRNT peyvəndi alan xəstələrin üç il yaşamaq ehtimalı iki dəfədən çox yüksək olub. İmmunoterapiyaya cavab verməyən şişləri olan xəstələrdə peyvəndləmə sonrası sağqalma ehtimalı beş dəfə artıb. Bu təsir yanaşı xəstəliklər və digər tibbi faktorlar nəzərə alındıqdan sonra da qüvvədə qalıb.

Peletoniya İmmuno-Onkologiya İnstitutunun təsisçi direktoru doktor Czihay Li qeyd edir ki, bu kəşf “çox maraqlı imkan” yaradır: virusa qarşı hazırlanmış mRNT peyvəndləri immun sistemini xərçənglə daha təsirli mübarizəyə hazırlaya bilər və immunoterapiyanın təsirini gücləndirə bilər.

Bununla belə, mütəxəssislər tələsik nəticələr çıxarmamağı tövsiyə edirlər. Hazırda rəsmi klinik təlimatlar COVID-19 peyvəndinin xərçəngə qarşı birbaşa təsirini tanımır; xərçəng xəstələri üçün əsas üstünlük COVID-19-dan qorunmadır.

Onkoloq Ceff  Yorio və digər mütəxəssislər bildirirlər ki, araşdırma retroaktiv olub və yalnız SARS-CoV-2-yə qarşı mRNT peyvəndlərini əhatə edib. Bu səbəbdən digər mRNT peyvəndlərinin (və ya qrip və pnevmoniya peyvəndləri, hansı ki, belə təsir göstərməyib) oxşar nəticə verib-verməyəcəyi hələlik məlum deyil. Bu ümidverici nəticələr daha geniş və detallı klinik tədqiqatlar tələb edir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri